Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Aşina Kuşrak (Kuşrak Böri Şad; VII əsr – 704, Çanqan) — Göytürk şahzadəsi, Aşina Buçjenin ölümündən sonra imperator tərəfindən Nuşibilərin xaqanı olaraq təyin olunmuşdu. İmperatriça U Zetian dövründə ona Çzeçjunşiçju xaqan (竭忠事主可汗 - Hökmdarına xidmət üçün sədaqətini tükədən xaqan) titulu verilmişdi.
Aşina Kuşrak | |
---|---|
阿史那步真 | |
679 – 704 | |
Əvvəlki | Aşina Buçjen |
Sonrakı | Aşina Xuaytao |
693 – 704 | |
Əvvəlki | Aşina Yuankin |
Sonrakı | Aşina Xuaytao |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VII əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Çanqan, Çin |
Atası | Aşina Buçjen |
Uşağı | Aşina Xuaytao |
Dini | Tenqriçilik |
Gənclik illəri Çində keçmişdi. 690-cı ildə İltəriş xaqanın hücumlarına məruz qaldığı və məğlub olduğu üçün gözdən düşdü. 693-cü ildə Tuluların xaqanı Aşina Yuankinin öldürülməsi və oğlu Aşina Tuçinin üsyan etməsinə görə Tuluların xaqanlığı da ona verildi. 704-cü ildə Çanqanda öldü.