Hipermastiginlər dəstəsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Hipermastiginlər dəstəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Hipermastiginlər dəstəsi
Beynəlxalq elmi adı
Hypermastigida

Hipermastiginlər dəstəsi (lat. Hypermastigida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə.

Çoxqamçılıların bəzilərində nüvələrin , qamçıların , aksostilin miqdarı çox olur. Belə qamçılıların hipermastiginlər dəstəsində birləşdirir. Termitlərin bağırsağında bu dəstənin Calonymphidae fəsiləsindən olan nümayəndələri parazitlik edir. Termitlərlə simbioz həyat tərzi keçirən C.grassii növündə nüvələrin, bazal dənəciklərinin, aksostilin və parabazal aparatın miqdarı çox olur. Hər bazal dənəciyində uzanan 3–4 qamçı bütöv qamçılı sahə əmələ gətirir. C.grassii növü termitin bağırsağında oduncaqla qidalanır. Məlumdur ki, termitlərin özü sellülozanı parçalaya bilmir. Təcrübədə sübut edilmişdir ki, bağırsağında qamçılılar çıxarılmış termit oduncaqla qidalandırıldıqda, onlar acından məhv olurlar.[1]

B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

  1. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh