Heyvan qamçılıları və ya Zoomastiqinlər – (lat. – Zoomastigophora) sinfi. Bu sinfi rəngsiz qamçılılar da adlandırırlar.
Heyvan qamçılıları | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Heyvan qamçılıları |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Forma və quruluşuna görə müxtəlif: suda və torpaqda yaşayan rəngsiz qamçılıları əhatə edir. Saprofit və ya animal yolla qidalanan heterotrof orqanizmlərdir. Zooflagellatların bir hissəsi parazit həyat tərzinə keçmişdir. Onlar onurğalı və onurğasız heyvanların, eləcə də bitki və insanların təhlükəli xəstəliklərinin törədiciləidir.
Bədənin ölçüsü 5–10 ilə 20–30 mkm (nadir hallarda 100-ə qədər) arasında dəyişir. Bir və ya bir neçə qamçısı və nüvəsi var. Bəzi formalarda bədən dəyişkəndir, psevdopodiyalar əmələ gətirə bilir. Çoxalma – qeyri-cinsi yolladır, iki yerə bölünməklə baş verir. Cinsi proses də məlumdur (Polytoma). Yapışmış və plankton, tək və ya kolonial heyvanlardır. Aerob şəraitə üstünlük verirlər, ancaq anaerob qrupları da vardır (Diplomonadidae).[1]