Klasea quinquefolia
Klasea quinquefolia | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Klasea quinquefolia |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Klasea quinquefolia (lat. Klasea quinquefolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin klasea cinsinə aid bitki növü.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 50-120 sm, gövdəsi düz, şırımlı, yuxarı hissədə budaqlanmış, demək olar ki, çılpaq olan çoxillik ot bitkisidir. Yarpaqları saplaqlıdır, lələkvaribölünmüşdür, 2-4 ədəd yan ellipsşəkilli və ya enli-neştərvari, sivriuclu-mişarvari, sivri və yaxud qısa sivriləşmiş seqmentlərlə; təpə seqmenti iridir, yan tərəfdəki seqment isə yarpağın qaidə hissəsinə doğru kiçilmiş, demək olar ki, oturaqdır və ya qısa saplaqla oxa birləşəndir; yuxarı yarpaqları kəskin azalmışdır, bütövdür, forması enli lansetvaridən dar lanservariyə qədər dəyişir. Səbət yumurtaşəkillidir, yaşıl rəngdədir, eni 8-15 mm-dir. Çiçəkləri azsaylı, uzun düz saplaqda, qalxanvari süpürgə çiçək qrupunda toplanmışdır. Qın yarpaqcıqları kənarlardan ensiz-pərdəli və ağımtıl-tüklüdür. Çiçəkləri bənövşəyi rəngdədir. Toxumları uzunsov, zolaqlı, hamardır; kəkili çirkli-bənövşəyi rəngli yastı, demək olar ki, lələkvari cod tüklərdən ibarətdir, toxumdan azacıq uzundur. Avqust-sentyabr ayalrında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan Əyriçay, Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. Ovalıqdan orta dağ qurşağına qədər.
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Meşələrdə, meşə ətrafında, kolluqlar arasında rast gəlinir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Carduus quinquefolius D.Don
- Serratula quinquefolia Willd.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The Plant List (ing.). 2010.
- ↑ Klasea quinquefolia:''The Plant List saytında takson barədə məlumat. (ing.)