Noua

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Noua
Yeri
Lokallaşdırılması Rumıniya, MoldovaUkrayna
Təmsil edən Paleobalkan

Noua və ya Noa — Mərkəzi və Şərqi Rumıniyada, MoldovaUkraynanın qərbində yayılmış tunc dövrünə (e.ə. II minlliyin son rübü) aid arxeoloji mədəniyyət. Rumıniyanın Noua kəndi yaxınlığındakı qəbiristanlığın adı ilə adlandırılmışdır. Noua üçün dirəküstü evlər, təsərrüfat quyuları və s. səciyyəvidir. Ölülər sayları təqribən 200 olan torpaq qəbirlərdə bükülü vəziyyətdə, bəzən yandırılaraq dəfn olunmuşdur. Qəbirlərdən kobud və ya bir qədər nazik şüyrələnmiş qara, boz keramika, sancaqlar, tunc nizə və sümük ox ucduqları və s. aşkar edilmişdir. İbtidai icma quruluşunda yaşayan Noua tayfaları əsasən maldarlıq, qismən də əkinçiliklə məşğul olmuşlar.[1]

  1. Ноа // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 277.
  • Мелюкова А. И. Памятники скифского времени лесостепного Среднего Поднестровья // Материалы и исследования по археологии СССР, № 64, М., 1958;
  • Балагурі Е. А. Могильник культури Ноа на Станіславщині, «Археологія», 1961, т. 13;
  • Petrescu-Dímboviţa М. Конец бронзового и начало раннежелезного века в Молдове в свете последних археологических раскопок, «Dacia», N. S., 1960, № 4;
  • Florescu A. C. Contribuţii la cunoaşţerea culturii Noua, в кн.: Arheologia Moldovei, t. 2—3, Jaşi, 1964.
  • Еуджен Сава, Эльке Кайзер. Поселение с «зольниками» у села Одая-Мичурин, Республика Молдова (Археологические и естественнонаучные исследования) / . — Ch., 2011.- 532 [2] с.