Zibold alması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zibold alması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Zibold alması (lat. Malus sieboldii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Alman həkimi Philipp Franz van Ziboldun şərəfinə adlandırılmışdır. O, Yaponiyadan Avropa bağlarına çox miqdarda bitkilər gətirilmişdir. Koreya və Yaponiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 10-15 m-ə çatır. Çiçəklərinin rəngi çəhrayıdan ağadək dəyişilir, ətirlidir, meyvələri sarı-qırmızıdır. Budaqları möhkəmdir. Yarpaqları sadədir. Yarpaq ayasının kənarları dişlidir. Yarpaq iynələrinin uzunluğu 25-60 mm, eni 20-40 mm-dir. İri bitkinin qabığı nazik və hamardır. Budaqları tünd bənövşəyi və ya bənövşəyi-qonur, kəsiyində yumrudur. Qönçələri al qırmızı-qonur, yumurtavari, çılpaqdır. Yalançı zoğları ensiz-lansetvari, 4-6 mm, ucu biz, saplağı 1-2,5 sm, yarpaq ayası yumurtavari, ellipsvari və ya ensiz-ellipsvaridir, bünövrəsi yumru və ya enlidir. Budaqların ucunda qalxanın diametri 4-6 sm, 4-8 çiçəkli, çiçək altlıqları tökülən, xətvari-lansetvari, tükcüklüdür. Gövdəcikləri 2-2,5 sm, tükcüklü və ya təxminən çılpaqdır. Çiçəklərin diametri 2-3 sm-dir. Ləçəkləri çəhrayı, ellipsvari-əks-yumurtavari, 1,5- 1,8 sm-dir. Erkəkcikləri 20-dir. Aprel-mayda çiçəkləyir. Meyvələri ətlidir.

Yaxşı dremajlı torpaqlarda, qarışıq meşələrdə bitir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Naxçıvan MR-da, Qubada, Qəbələdə həyatyanı sahələrdə mədəni şəraitdə becərilir.

Meyvələri yeməlidir. Yazda effektli çiçəklərinə görə dekorativ ağac kimi istifadə edilə bilər.