Gezər xan
Gezər Xan — əfsanəvi xaqan. "Abay Gesər" və ya Gesər (Kesər, Kezer) Xan, sovet mənbələrində Geser (azərb-kiril. Ҝесер)[1] — türk, monqol və mibet, tungus əfsanələrinin qəhrəmanı. Reallaşdırdığı hücumlar və etdiyi qəhrəmanlıqlar uzun dastanlarda işlənmişdir. Tarixi bir şəxsiyyət olduğu iddia edilmiş, lakin isbat edilməmişdir. Möcüzəvi şəkildə atasız doğulmuşdur. Türk dastanlarındaki kimi yerin altına enmiş, oradan geri qayıtmağı bacarmışdır. Büke Beligte əsl adıdır. Səmadan tanrılar tərəfindən göndərildiyinə inanılır.
Gezər Dastanı
[redaktə | vikimətni redaktə et]Tibet, buryat, butan, monqol versiyalarının hamısında ortaq motiv olaraq Gezər fövqəladə bir doğumla dünyaya gəlir. Xor görülən və laqeydlik edilən uşaqlıq illərindən sonra hökmdar olar. Möhtəşəm qəhrəmanlıqlar etdikdən sonra ilk yoldaşını əldə edər. Sonrakı hissələrdə qövmünü, insan və fövqəlbəşər qaynaqlı müxtəlif xarici təhlükələrə qarşı müdafiə edər. Xalqını qurtarmaq üçün gizli bir aləmə səfər edər və daha sonra bu macəradan da müvəffəqiyyətli olaraq geri dönər. Bu vəziyyət dastanda ölüb dirilmə şəklində görünür.
Chadwick və Zhirmunsky Gezər əfsanəsinin türk "qaylarıyla" (dastanlarıyla) bənzər istiqamətlərini müəyyən etməyə çalışmışlardır. Monqol, tibet və ladax xalqları arasında bilinən bu qəhrəmanlıq dastanın Türk motivlərinə bir çox baxımdan uyğun düşdüyünü düşünürlər. Bu bənzərliklərin ortaya çıxdığı yerlər eyni zamanda hekayənin də əhəmiyyətli nöqtələrini yaradır.
- (a) Qırğız qəhrəmanı Bolot kimi Gezər də uşaqkən yeraltına enər.
- (b) Yeraltı keçidinə, qayalıq bir dağdakı bir dəlik və ya oyuqdan girər. (Bax: Daşqapı)
- (c) Eynilə türk şamanı Qaraçax (Karaşah) kimi dişi bir ruh vasitəsilə yönləndirilir.
- (d) Bu qoruyucu ruh yeraltındakı qorxunc düşmənlərə qarşı ona kömək edir.
- (e) Bolot kimi o da ölümsüzlük yeməyi və həyat suyu daşıyaraq dünyaya geri dönər,
- (f) Altay şamanları kimi Gezər də qövmünü yaxşılaşdıracağı otu əldə etmək üçün cənnətə gedən bir quşun kürəyinə minər.
Etimologiya
[redaktə | vikimətni redaktə et](Ges / Gəz / Kes / Kez) kökü. Gəzmək felindən törəmişdir. Monqol dilində gezeg, saç düyünü deməkdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Монголустан Халг Республикасы. Монголустан әдәбијјаты // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 49.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)