Daşqapı — türk və altay mifologiyasında yeraltı keçidi. Taşkapı da deyilir. Qaya qapısı (Kaya kapısı və ya Kıya kapısı) olaraq da bilinir. Yeraltı dünyasına gedən keçidin qapısıdır. Bir mağaranın içində olar. Xarici qapı mənasına da gəlir ki, bu kainatın son qapısı deməkdir. Çox uzaq diyarlardaki bir mağaranın içində olar. Əhəmiyyətli qapıların və ya keçidlərin olduğu mağaralar, in içində in, quyu içində quyu olacaq şəkildə kompleks yerlərdir. Bəzi nağıllarda bu qapıya Arqalıx adı verilər. Dəmir sürüşkən keçid və quru sürüşkən keçid olaraq təsvir olunur. Bəzən çadırın bacası və pəncərəsi olan Tünük/Tündük formasında düşünülərək bu keçidə də eyni ed verilir.