Illicium tenuifolium
Illicium tenuifolium | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Illicium tenuifolium |
||||
Beynəlxalq elmi adı | ||||
|
Illicium verum (lat. Illicium verum) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinin illicium cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Qafqazda geniş yayılmışdır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Alçaq kolcuqdur. Yastıqcası çox möhkəm, diametri 10-20 sm (və daha çox), hündürlüyü 8-12 sm, bəzən yarımşarşəkillidir. Yay yarpaqları açıq-göyümtül, hamar, üç hissəli və ya xətvarı-bizvarı, cod, bünövrəsində uzunluğu 11-16 (25) mm və eni 1-1,5 mm, ucu biz, çılpaq, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları çox qısadır. Çiçək saplaqları 5-8 dəfə yarpaqlardan uzun, uzunluğu 15-25 sm, yuxarı tərəfində budaqlı, 2-5 və ya daha çox əyrili, bəzən sadədir. Çiçəkləri çiçək qrupunda seyrək yerləşmiş, sünbüllərin arasında məsafələri onların uzunluğundan çoxdur və ya ona bərabərdir. Sünbülləri birçiçəkli, uzunluğu 10-11 mm-dir. Çiçəkaltlıqları çılpaq, üst çiçək altlığının uzunluğu 4-5 mm, yumurtavarı-lansetvarı, içəri çiçəkaltlıqları üstdəkindən uzun, pərdəli, ucu qısadır. Kasacığın uzunluğu 9-10 mm, qıfvari olub, borucuğu tükcüklüdür. Kasacığın büküyü ağ, eni təxminən 3 mm, 10 qanadlı, çılpaq, qonur damarcıqlıdır. Ləçəkləri çəhrayıdır. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. Təbiətdə, əsasən, toxum vasitəsilə çoxalır.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Dağ ətəyində, quru, gilli və çınqıllı yamaclarda bitir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Azərbaycanın nadir növüdür. Kiçik Qafqazda (Gəncə yaxınlığında) təbii halda bitir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Dağlıq sahələrin bərkidilməsində və quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.