Sərhəd Zöhrabbəyov
Sərhəd Zöhrabbəyov | |
---|---|
Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yasab, Qusar rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (35 yaşında) |
Vəfat yeri | Dranbom, Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Yasab, Qusar rayonu |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları | Zöhrab, Reyhanə |
Atası | Pirsəmalı Zöhrabbəyov |
Anası | Asiya Zöhrabbəyova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | A.R. Silahlı Qüvvələri |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Sərhəd Zöhrabbəyov (tam adı: Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov) — baş leytenant, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş igid döyüşçü.
Həyatı[redaktə | mənbəni redaktə et]
Sərhəd Zöhrabbəyov 1956-cı ilin dekabr ayının 14-də Azərbaycan Respublikasının Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akademiyasının aqronomiya şöbəsini bitirib, Bərdə rayonunun «Komsomol», «Kalenin», «C.Cabbarlı» adına kolxozlarda baş aqronom, idarə heyətinin sədri, meşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir.
S.Zöhrabbəyov son iş yerindən könüllü vətən çağrışına qoşulmuş, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, yüksək döyüş qəhrəmanlığı gəstərmiş 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir.
Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhədin həyat yoldaşı Etibar xanım, oğlu Zöhrab, qızı Reyhanə Bərdə şəhərində yaşayırlar.
Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının prezidentinin 1994-cü il tarixli əmri ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur.
Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır.
Sərraf Şiruyənin "Ölümdən sonrakı ömür" kitabı «Azərbaycan bayrağı» ordenli igid döyüşçü, cəsur kəşfiyyatçı, vətən yolunda qəhrəmancasına şəhid olmuş Bərdə hərbi batalyonunun qərargah rəisi Sərhəd Pirsəmalı [1] oğlu Zöhrabbəyovun döyüş fəaliyyətinə həsr olunmuşdur.
Şəkilləri[redaktə | mənbəni redaktə et]
Mənbə[redaktə | mənbəni redaktə et]
- Sərraf Şiruyə "Ölümdən sonrakı ömür", Gəncə-1997. ("Bənövşə qoxulu illər" və "Ölümdən sonrakı ömür" poemaları) səh.91-167
- Sərraf Şiruyə "Seçilmiş əsərləri"-II cild, Nurlan-2008. ("Ölümdən sonrakı ömür" poeması) səh.205-302
- Sərraf Şiruyə "Seçilmiş əsərləri"-V cild, Nurlan. ("Eloğlu" şeiri) səh.
- Firdovsi Məmmədov, "Bərdənin tanınmış şəhid oğlu". Məktəb qəzeti. № 40 (144). Oktyabr 2010-cu il.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Bəzi kitablarda və mənbələrdə Pirsəmalı adı Pirsüməli kimi getmişdir. Sənədlərə əsasən Pirsəmalı adı dəqiqdir.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
- 14 dekabrda doğulanlar
- 1956-cı ildə doğulanlar
- 35 yaşında vəfat edənlər
- 24 avqustda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantları
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Azərbaycan hərbçiləri
- Ləzgi hərbçilər
- Qusar rayonunda doğulanlar
- Ağdərədə vəfat edənlər