Salxımşəkilli rododendron

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Salxımşəkilli rododendron
Elmi təsnifat
Beynəlxalq elmi adı

Salxımşəkilli rododendron (lat. Rhododendron racemosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Çində dəniz səviyyəsindən 2500-3000 m hündürlükdə rast gəlinir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1 m-ə çatan həmişəyaşıl koldur. Zoğları elastik, sallaq, ətirlidir. Yarpaqları uzunsov-ellipsvarı, ucları biz, uzunluğu 2-6 sm, eni 1-2 sm, alt tərəfi göyümtül qabıqlarla örtülmüşdür. Çiçəkləri ağ və ya al-qırmızı, qıfvarı, 5 ləçəkli, üstdən qabıqlarla örtülmüş, tükcüksüz, uc çiçək qruplarında 2-3 ədəd toplanmışdır. Erkəkcikləri 10 ədəddir. Mayın ikinci yarısında, iyunun əvvəlində bol və uzun müddət çiçəkləyir.

Sərt qışda donur, ancaq yazda özünü bərpa edir. Küləkdən və günəşdən qorunan yerlərdə əkmək lazımdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda 1987-ci ildə introduksiya olunmuşdur. Yaşıllaşdırmada çox az rast gəlinir.

Tək, qrup əkinləri və alpinarilər üçün yararlıdır.