Xovlu tikmə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Xovlu tikmə (ing. punch needle embroidery, rus. вышивка в ковровой технике) - tikilmiş (toxunulmamış) xalça texnologiyasıdır. Qədim məxmərtel tikmənin əsasında yaradılmış tik­mə növüdür. Digər adları məxmərtel, məxmərtelbaf, məx­mərbafdır.

Orta əsrlərdə Azərbaycanda bu tikmə müxtəlif tikmələrlə kombinasiya olunmuş şəkildə parçanın kənarına xətt vurmaq və ya gülün içərisini doldurmaq üçün istifadə edilirdi. Daha çox, dəstəkləyici xarakter daşıyırdı. Təkcə məxmərtel tikmə ilə işlənmiş tam bir nümunə yoxdur. Hazırda bu tikməni yalnız süfrələrin kə­na­rında gül şəklində işləyirlər. Xovlu tikmələr tərs üzdən qullabla işlənilir.Parçanın arxa tərəfində eskiz çəkilir və elə arxa tərəfindən də tikilir.[1]

  1. "Tək al, düz, baxım, yaxama təkəlduz taxım. Tikməçi-rəssam Mehriban Xəlilzadə ilə müsahibə". 2014-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]