Migel Ernandes

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Migel Hernandez
Migel Hernandez Gilabert
Doğum adı Miguel Hernández Gilabert
Doğum tarixi
Doğum yeri Orihuela,İspaniya
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Alikante,İspaniya
Vəfat səbəbi vərəm
Vətəndaşlığı İspan
Milliyyəti İspan
Həyat yoldaşı Josefina Manrisa
Uşaqları Manuel Ramon, Manuel Miguel Hernández Manresa
İxtisası Yazıçı, dramaturq
Fəaliyyəti şair, dramaturq, yazıçı
Əsərlərinin dili ispan dili
İstiqamət sürrealizm
Janrlar poeziya, teatr
İlk əsəri Perito en lunas, Mursiya, La Verdad, 1933
İmza
miguelhernandezvirtual.es
Vikimənbənin loqosu Migel Ernandes Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Migel Ernandez Gilabert (isp. Miguel Hernández Gilabert (Orihuela, 30 oktyabr 2010 – Alikante, 28 mart 1942)- XX əsr ispan ədəbiyyatının xüsusi önəmə sahib şair və dramaturqudur. Baxmayaraq ki, onun adı 1936-cı nəsil ədəbiyatında çəkilir, əslində Damoso Alonso hesab edir ki , o 1927-ci nəsil ədəbiyyatına aiddir

Uşaqlıq və gənclik dövrü

[redaktə | mənbəni redaktə et]

Migel Ernandez 1910-cu ildə Orihuelada doğulmuşdur. Migel Hernandez Sançezin 7 uşağından üçüncüsü, oğlan uşaqlarından isə ikincisi idi. Onun ailəsi keçi saxlamaqla məşğul idi , buna görə də onlar tezliklə Migelin doğulduğu evdən (San Xuan küçəsi N 82 ) şəhər ətrafında yerləşən, lakin daha böyük birr evə (Arriba küçəsi N 37) köçürlər. Atası bələdiyyə başçısı seçildi və vəzifəsi yüksəldi, anası isə yataq xəstəsi olduğundan vaxtının çoxunu yataqda keçirməli olurdu. O zamandan sonra, daha önce de getdiyi xalq kitabxanalarına ziyaretlerini daha da sıxlaşdırdı. Bundan sonra aralarında dostu Karlos Fenollun da olduğu bir qrup gənclə ədəbiyyat qrupu yaratdı. İlk toplantılarda Miguel ve Karlos Fenolla yanaşı gələcək vəkil ve həvəskar yazıçı Ramon Sixe qrupa qoşuldu. Qızıl dövrün ən böyük yazıçılarından olan Migel de Servantes, Lope de Veqa, Pedro Calderon de la Barka, Qarsilaso de la Vega ve ən önəmli Luis de Qongora onun əsas tələbələri olacaq.

Migel 1918-23-cü illərdə Amor de Dios məktəbində orta təhsil alır.1923-cü ildə təhsilini bakalavr olaraq Santo Dominqo kollecində davam etdirir. 1925-ci ildə kollecdən ayrılmalı oldu və çobanlığa başladı. Lakin qoyunları otararkən belə böyük şövqlə kitablar oxuyurdu, elə ilk şeirlərini də bu zaman yazmışdır.

Madridə I səfəri

[redaktə | mənbəni redaktə et]

Müxtəlif qəze və jurnallardda çıxan şeirləri vasirəsi ilə qazandığı nüfuz sayəsində 31 dekabr 1931-ci ildə Madridə səfər edir. Fransisko Martinez Korbalan tərəfindən ona təqdim olunan “La Gaceta Literaria y Estampa” bədii jurnalları ona iş tapmaöa kömək edir, lakin burada məhzudar çalışmadığından 1932-ci il 15 mayda Orihueldaya qayıtmalı oldu. Lakin bu səfər onun gələcəkdə 27-ci nəslin numayndəsi olmasına və Perito en lunas yazmasında lazımi nəzəriyyələrə yiyələnməsində çox kömək olacaq.

Madridə II səfəri

[redaktə | mənbəni redaktə et]

1933-cü ildə Perito en lunas adlı ilk kitabı nəşr olunur. Ateneo de Alikante şəhərində yerləşən Kartagena Universitetinə öz əsərindən mühazirələr oxumaöa dəvət olunur. Bu uğurlu başlanğıcdan sonra iş axtarmaq üçün ikinci dəfə Madridə getdi , amma bu dəfə əvvəlkinə nisbətən şansı yüksək idi , çünki pedeqoji missiyalarda əməkdaşlıq titulunu qazanmışdı. “Revista de occidente” dərgisi ilə sıx əməkdaşlıq etmişdir.

Həbs olunması və vəfatı

[redaktə | mənbəni redaktə et]

1939-cu ilin aprelində Fransisko Franko müharibənin bitdiyini elan etdi. Lakin filoloq Xoakin Entrambasaquasın rəhbərliyi ilə komissya kitablarını tamamilə məhv etdi. Ancaq 1981-ci ildə sadəcə olaraq 2 kitabının yenidən nəşrinə icazə verildi. Dostu Kossiyo şairi Tudankada qarşılamağı təklif etdi, lakin Migel Orihuelaya qayıtmağı qərara aldı Amma Orihuelada qalmaq çox riskli idi buna görə də Portuqalya ilə sərhəd olan Huelvdan keçərək Kordoba vasitəsi ilə Sevilyaya getmək istədi. Lakin Salazar polisi onu Mülki Qvariyaya təhvil verdi. Onun həbsdə olduğu müddətdə həyat yoldaşı Josefina ona məktublarında yeməyə çörək və soğandan başqa heç nələrinin olmadığını yazırdı. Şair cavab məktubunda “Nanas de la cebolla ” (Soğanın laylaları) adlı şeirini yazdı. Onu Sevilya həbsxanasından Madridin Torrixos (indiki Konde de Penyalver) küçəsindəki cəzaçəkmə müəssisəsinə köçürdülər , Pablo Nerudanın məhkəmə qarşısında səyləri nəticəsində Migeli 1939-cu ilin sentyabrında gözlənilmədən, mühakimə etmədən azadlığa buraxırlar. Bundan sonra o Orihuelaya döndü , orada isə 1940-cı ilin martında şairi xəyanətdə və adam öldürməkdə şübhəli bilərək yenidən Madriddəki Qraf Toreno həbsxanasında həbs edirlər. Kossiyo və arasında Almarşa Ernandes və başqa 5 uşaqlıq dostlarını həbs etdilər. O 1940-cı ilin sentyabına kimi Palensiya həsxanasında qaldı və noyabr ayında onu Toledoda yerləşən Okanya cəzaçəkmə müəssisəsinə apardılar. 1941-ci ildə Buero Vayyexo ilə eyni hücrəni bölüşdüyü Alikante İslah həbsxanasına köçürdülər. Şair orada xəstələndi. İlk olaraq bronxit sonra yatalaq xəstəliyindən ,daha sonra isə aöır vərəm xəstəliyindən əziyyət çəkdi. O, 1942-ci il martın 28-də, səhər saat 5:32- də Alikante həbsxanasının xəstəxanasında vəfat etdi, bu zaman onun sadəcə 31 yaşı vardı. Deyirlər ki onun gözlərini baölamaq mümkün olmamışdır, bu haqda dostu Visente Alexendre əsər yazmışdır. Onu martın 30-da Alikantenin Nuestra Señora del Remedio qəbiristanlığında 1009 nömrəli qəbirdə basdırmışdırlar.

  • Perito en lunas, Mursiya, "La Verdad" nəşriyyatı, 1933 (Ramon de Sixenin Proloqu)
  • Quién te ha visto y quién te ve y sombra de lo que eras, 1933.
  • El rayo que no cesa Madrid, "Héroe" nəşriyyatı, 1936.
  • Viento del pueblo. Poesía en la guerra, Valensiya, "Socorro Rojo Internacional" nəşriyyatı, 1937 (Tomas Navarro Tomasın proloqu).
  • El labrador de más aire, Madrid - Valensiya, "Nuestro Pueblo" nəşriyyatı, 1937.
  • Teatro en la guerra, 1937.
  • El rayo que no cesa, "Héroe" nəşriyyatının redaktəsi, 1936.
  • Seis poemas inéditos y nueve más, Alikante, "Col" nəşriyyatı, 1951.
  • Obra escogida, Madrid, "Agilar" nəşriyyatı, 1952 (dərc olunmuş poemaları daxil).
  • Cancionero y romancero de ausencias, (1938–1941), Buenos Aires, "Lautaro" nəşriyyatı, 1958 (Elvio Romeronun proloqu ).
  • Obra de Miguel Hernández, Buenos Aires, "Losada" nəşriyyatı, 1960 (Mª de Gracia Ifach proloqu.).
  • Obras completas, Buenos Aires, "Losada" nəşriyyatı, 1960 (E. Romero tərəfindən toplanmış Mª de Gracia Ifach proloqundan . Dərc olunmuş poemaları daxil).
  • Obra poética completa, Madrid, "Zero" nəşriyyatı, 1979 (Leopoldo de Luis və Xorxe Urrutianın təqdimatı, araşdırmaları və qeydləri əsasında).
  • El hombre acecha, Santander, "Diputación" nəşriyyatı, 1981
  • Dərc olunmuş 24 sonet" , Alikante, Juan Gil-Albert Araşdırmalar İnstitutu, 1986 (José Carlos Rovira nəşri ).

Səhnə əsərləri

[redaktə | mənbəni redaktə et]

•Quién te ha visto y quién te ve y sombra de lo que eras, Madrid, 1929.

•El labrador de más aire, Valencia, "Nuestro Pueblo" nəşriyyatı , 1937.

•Teatro en la guerra, Alicante, "Socorro Rojo Internacional" nəşriyyatı, 1938.

http://es.wikipedia.org/wiki/Miguel_Hern%C3%A1ndez