Migel Ernandez Gilabert (isp. Miguel Hernández Gilabert (Orihuela, 30 oktyabr 2010 – Alikante, 28 mart 1942)- XX əsr ispan ədəbiyyatının xüsusi önəmə sahib şair və dramaturqudur. Baxmayaraq ki, onun adı 1936-cı nəsil ədəbiyatında çəkilir, əslində Damoso Alonso hesab edir ki , o 1927-ci nəsil ədəbiyyatına aiddir
Migel Hernandez | |
---|---|
Migel Hernandez Gilabert | |
Doğum adı | Miguel Hernández Gilabert |
Doğum tarixi | |
Doğum yeri | Orihuela,İspaniya |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Alikante,İspaniya |
Vəfat səbəbi | vərəm |
Vətəndaşlığı | İspan |
Milliyyəti | İspan |
Həyat yoldaşı | Josefina Manrisa |
Uşaqları | Manuel Ramon, Manuel Miguel Hernández Manresa |
İxtisası | Yazıçı, dramaturq |
Fəaliyyəti | şair, dramaturq, yazıçı |
Əsərlərinin dili | ispan dili |
İstiqamət | sürrealizm |
Janrlar | poeziya, teatr |
İlk əsəri | Perito en lunas, Mursiya, La Verdad, 1933 |
miguelhernandezvirtual.es | |
Migel Ernandes Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Migel Ernandez 1910-cu ildə Orihuelada doğulmuşdur. Migel Hernandez Sançezin 7 uşağından üçüncüsü, oğlan uşaqlarından isə ikincisi idi. Onun ailəsi keçi saxlamaqla məşğul idi , buna görə də onlar tezliklə Migelin doğulduğu evdən (San Xuan küçəsi N 82 ) şəhər ətrafında yerləşən, lakin daha böyük birr evə (Arriba küçəsi N 37) köçürlər. Atası bələdiyyə başçısı seçildi və vəzifəsi yüksəldi, anası isə yataq xəstəsi olduğundan vaxtının çoxunu yataqda keçirməli olurdu. O zamandan sonra, daha önce de getdiyi xalq kitabxanalarına ziyaretlerini daha da sıxlaşdırdı. Bundan sonra aralarında dostu Karlos Fenollun da olduğu bir qrup gənclə ədəbiyyat qrupu yaratdı. İlk toplantılarda Miguel ve Karlos Fenolla yanaşı gələcək vəkil ve həvəskar yazıçı Ramon Sixe qrupa qoşuldu. Qızıl dövrün ən böyük yazıçılarından olan Migel de Servantes, Lope de Veqa, Pedro Calderon de la Barka, Qarsilaso de la Vega ve ən önəmli Luis de Qongora onun əsas tələbələri olacaq.
Migel 1918-23-cü illərdə Amor de Dios məktəbində orta təhsil alır.1923-cü ildə təhsilini bakalavr olaraq Santo Dominqo kollecində davam etdirir. 1925-ci ildə kollecdən ayrılmalı oldu və çobanlığa başladı. Lakin qoyunları otararkən belə böyük şövqlə kitablar oxuyurdu, elə ilk şeirlərini də bu zaman yazmışdır.
Müxtəlif qəze və jurnallardda çıxan şeirləri vasirəsi ilə qazandığı nüfuz sayəsində 31 dekabr 1931-ci ildə Madridə səfər edir. Fransisko Martinez Korbalan tərəfindən ona təqdim olunan “La Gaceta Literaria y Estampa” bədii jurnalları ona iş tapmaöa kömək edir, lakin burada məhzudar çalışmadığından 1932-ci il 15 mayda Orihueldaya qayıtmalı oldu. Lakin bu səfər onun gələcəkdə 27-ci nəslin numayndəsi olmasına və Perito en lunas yazmasında lazımi nəzəriyyələrə yiyələnməsində çox kömək olacaq.
1933-cü ildə Perito en lunas adlı ilk kitabı nəşr olunur. Ateneo de Alikante şəhərində yerləşən Kartagena Universitetinə öz əsərindən mühazirələr oxumaöa dəvət olunur. Bu uğurlu başlanğıcdan sonra iş axtarmaq üçün ikinci dəfə Madridə getdi , amma bu dəfə əvvəlkinə nisbətən şansı yüksək idi , çünki pedeqoji missiyalarda əməkdaşlıq titulunu qazanmışdı. “Revista de occidente” dərgisi ilə sıx əməkdaşlıq etmişdir.
1939-cu ilin aprelində Fransisko Franko müharibənin bitdiyini elan etdi. Lakin filoloq Xoakin Entrambasaquasın rəhbərliyi ilə komissya kitablarını tamamilə məhv etdi. Ancaq 1981-ci ildə sadəcə olaraq 2 kitabının yenidən nəşrinə icazə verildi. Dostu Kossiyo şairi Tudankada qarşılamağı təklif etdi, lakin Migel Orihuelaya qayıtmağı qərara aldı Amma Orihuelada qalmaq çox riskli idi buna görə də Portuqalya ilə sərhəd olan Huelvdan keçərək Kordoba vasitəsi ilə Sevilyaya getmək istədi. Lakin Salazar polisi onu Mülki Qvariyaya təhvil verdi. Onun həbsdə olduğu müddətdə həyat yoldaşı Josefina ona məktublarında yeməyə çörək və soğandan başqa heç nələrinin olmadığını yazırdı. Şair cavab məktubunda “Nanas de la cebolla ” (Soğanın laylaları) adlı şeirini yazdı. Onu Sevilya həbsxanasından Madridin Torrixos (indiki Konde de Penyalver) küçəsindəki cəzaçəkmə müəssisəsinə köçürdülər , Pablo Nerudanın məhkəmə qarşısında səyləri nəticəsində Migeli 1939-cu ilin sentyabrında gözlənilmədən, mühakimə etmədən azadlığa buraxırlar. Bundan sonra o Orihuelaya döndü , orada isə 1940-cı ilin martında şairi xəyanətdə və adam öldürməkdə şübhəli bilərək yenidən Madriddəki Qraf Toreno həbsxanasında həbs edirlər. Kossiyo və arasında Almarşa Ernandes və başqa 5 uşaqlıq dostlarını həbs etdilər. O 1940-cı ilin sentyabına kimi Palensiya həsxanasında qaldı və noyabr ayında onu Toledoda yerləşən Okanya cəzaçəkmə müəssisəsinə apardılar. 1941-ci ildə Buero Vayyexo ilə eyni hücrəni bölüşdüyü Alikante İslah həbsxanasına köçürdülər. Şair orada xəstələndi. İlk olaraq bronxit sonra yatalaq xəstəliyindən ,daha sonra isə aöır vərəm xəstəliyindən əziyyət çəkdi. O, 1942-ci il martın 28-də, səhər saat 5:32- də Alikante həbsxanasının xəstəxanasında vəfat etdi, bu zaman onun sadəcə 31 yaşı vardı. Deyirlər ki onun gözlərini baölamaq mümkün olmamışdır, bu haqda dostu Visente Alexendre əsər yazmışdır. Onu martın 30-da Alikantenin Nuestra Señora del Remedio qəbiristanlığında 1009 nömrəli qəbirdə basdırmışdırlar.
•Quién te ha visto y quién te ve y sombra de lo que eras, Madrid, 1929.
•El labrador de más aire, Valencia, "Nuestro Pueblo" nəşriyyatı , 1937.
•Teatro en la guerra, Alicante, "Socorro Rojo Internacional" nəşriyyatı, 1938.