Xüsusi təyinatlı yağlar
Xüsusi təyinatlı yağlar qrupuna — tətbiqi sahəsi dar olan və spesifik şəraitdə istifadə edilən neft və sintetik aşqarlı yağlar daxildir. Bu qrupa vakuum, konservasiya və s. yağlar aiddir
Vakuum yağları[redaktə | mənbəni redaktə et]
Vakuum yağları- vakuum yaradan avadanlıqlarda işlək maddə kimi istifadə olunur. Təyinatından asılı olaraq BM-3, BM-4, BM-5, BM-11yağları istehsal olunur.
Konservasiya yağları[redaktə | mənbəni redaktə et]
Konservasiya yağları (KM) – mineral və sintetik yağlar əsaslı, tərkibində əhəmiyyətli dərəcədə çox korroziya inhibitorları olan, korroziya əleyhinə olan müvəqqəti müdafiə vasitələridir. Konservasiya yağları: K-17, НГ-203Р, Kormin və s.
Tətbiq sahəsi[redaktə | mənbəni redaktə et]
Metal məmulatlarının müxtəlif şəraitdə saxlanılması və yaxud nəqli zamanı onların daxildən və xaricdən konservasiyası üçün istifadə olunur. (İstismar üçün tətbiq olunmur.)
Tekstil avadalığı üçün yağlar[redaktə | mənbəni redaktə et]
ekstil avadalığı üçün yağlar (рус.И-Л-С, И-Л-Д) – aşqar kompozisiyalı neft distillat yağlarıdır.
Tətbiq sahəsi[redaktə | mənbəni redaktə et]
Tikiş və toxuma maşın alətləri, trikotaj avtomatlarında və s. sürtkü yağı kimi istifadə olunur.
Yarımsintetik məişət yağları[redaktə | mənbəni redaktə et]
Yarımsintetik məişət yağları (рус. МБТ) – neft mənşəli sürtkü yağı ilə efir komponenti qarışığından və aşqar kompozisiyasından ibarət olan yağlardır.
Tətbiqi sahəsi[redaktə | mənbəni redaktə et]
Yağlayıcı vasitə kimi — səsyazma və səsləndirmə avadanlıqlarında, ventilyatorlarda, aktivator və s. tətbiq olunur.
Vaksina yağları[redaktə | mənbəni redaktə et]
Vaksina yağları– Qərbi-Sibir neftlərinin qazoyl fraksiyalarının dərin hidrogenləşməsi, rektifikasiyası və təmizlənməsi yolu ilə alınan yüksək dərəcədə təmizlənmiş yağlardır.
Tətbiq sahəsi[redaktə | mənbəni redaktə et]
Virus və bakteriyaya qarşı emulsiya tipli biopreparatların tərkibində komponent kimi istifadə olunur.
Defektoskopiya üçün yağ[redaktə | mənbəni redaktə et]
Defektoskopiya üçün yağ – neft fraksiyasının dərin hidrogenləşdirmə və təmizlənməsi nəticəsində alınan məhsuldur.
Tətbiq sahəsi[redaktə | mənbəni redaktə et]
Detalların defektoskopiyasında istifadə olunan maqnit-luminisens suspenziyasının hazırlanmasında tətbiq olunur.
Mənbə[redaktə | mənbəni redaktə et]
- В. М. Капустин, Б.П. Тонконогов, И.Г.Фукс. "Технология переработки нефти".Часть 3. Производство нефтяных смазочных материалов. Изд."Химия"2014. С.94–95.