Ziyilli zirinc

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Ziyilli zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ziyilli zirinc (lat. Berberis verruculosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Qərbi Çindir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5 m, eni 1,5 m-ə qədərdir, zoğları çox miqdarda ziyillərlə örtülmüşdür, uzunluğu 2 sm-ə qədər, nazik, üç yerə bölünmüş iynəli həmişəyaşıl koldur. Qabığı sarı-qonur, uzunluğu 1-2 sm-ə çatır. Yarpaqları növbəli yerləşir, uzunluğu 2,5 sm-ə qədər, yumurtavari və ya ellipsvaridir. Çiçəkləri tək, iri, qızılı-sarı, 1-2 ədəddir. Meyvələri oval, qara, bənövşəyi-qara, göyümtül çalarlıdır, uzunluğu 1,2 sm-ə qədərdir. Çox miqdarda nazik kökləri olan, yaxşı şaxələnmiş, üst kök sistemi vardır.

Bütün normal, məhsuldar, zəif turş və ya qələvi torpaqlara davamlıdır. Soyuğa, şəhər şəraitinə, yay quraqlığına dözür, yaxşı budanır, küləyə davamlıdır. İşıqsevəndir, ancaq yarımkölgəyə dözür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərdəkan dendrarisində 2003-cü ildə introduksiya edilmişdir. Mədəni şəraitdə park və bağlarda becərilir.

Yumru və ya enli-şaquli, həmişəyaşıl koldur, yan budaqları qövsvarı əyilmişdir. Tək və qrup əkinlərində canlı çəpərlərin salınmasında istifadə edilir.