Belqrad Universitetinin kitabxanası
Belqrad Universitetinin kitabxanası | |
---|---|
serb. Универзитетска библиотека Светозар Марковић | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Serbiya |
Tipi | Akademik kitabxana |
Yaradılıb | 1844 |
Ünvan | Belqrad |
Telefon | +381 11 3370-509[1] |
Digər məlumatlar | |
ISIL kodu | RS-2 |
Sayt | unilib.rs |
Vikianbarda əlaqəli mediafayllar |
Belqrad Universitetinin kitabxanası (serb. Универзитетска библиотека Светозар Марковић) — Belqrad Universiteti mərkəzi kitabxanası; XIX əsr serb siyasi fəalı Svetozar Markoviçin adını daşıyır. Direktoru Aleksandar Yerkovdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kitabxananın əsası 1844-cü ildə qoyulmuşdur. Həmin vaxt bu kitabxana Belqrad liseyinə aid idi. Hansı ki, həmin lisey Serbiya Knyazlığının ən böyük təhsil ocağı idi və kitablar ianələr hesabına ölkə daxilindən burada toplanmışdır. Liseyin nizamnaməsinə uyğun olaraq, ilk kitabxanaçı filoloq və tarix müəllimi olan doktor Yanko Şafarik idi. 1850-ci ilə aid məlumata görə bu kitabxanada 927 kitab var idi.
1863-cü ildə lisey Ali Məktəbə çevrilmişdir. Həmin zaman xüsusi təhsil ədəbiyyatı istisna olmaqla, digər bütün kitablar Serbiya Milli Kitabxanasına köçürülmüşdür.
Binası
[redaktə | mənbəni redaktə et]Kitabxananın hazırkı binası 1926-cı ildə istifadəyə verilmişdir.
Kitabxana Kral Aleksander Bulvarı üzərində, Hüquq fakültəsinin yaxınlığında, Mülki mühəndislik, Elektrik mühəndisliyi və Memarlıq fakültələrinin qonşuluğunda yerləşir.
Kitabxana fondu
[redaktə | mənbəni redaktə et]1,7 milyonluq kolleksiyası ilə bu kitabxana ölkənin ən böyük universitet kitabxanasıdır. Belqrad Universitetinə aid olmasına baxmayaraq, digər ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və başqa qrupların üzvlüyünə açıqdır.
Kataloq
[redaktə | mənbəni redaktə et]Belqrad Universitetinin kitabxanasında iki kataloq sistemi var. Birincisi kart kataloq sistemi, digəri isə elektron kataloq sistemidir. 1998-ci ildən bu yana kart kataloqu yenilənməsə də, məlumatlar elektron kataloqda yenilənir.
Kart kataloq sistemi
[redaktə | mənbəni redaktə et]Bu kitabxanada kart kataloqu iki əsas istiqamət üzrə qurulmuşdur. Biri müəllif, digəri isə xüsusi kataloqdur.
Elektron kataloq sistemi
[redaktə | mənbəni redaktə et]Kitabxanada elektron kataloq yayınıyla axtarış aparmaq mümkündür. Bu sistem kitabxanadakı kart kataloqları ilə birlikdə 1989-cu ildən bəri istifadə edilməkdədir. Sistem tam avtomatlaşdırılmışdır. İnternet üzərindən hər gün 24 saat mütəmadi olaraq aktivdir. Əsas, aralıq və qabaqcıl olmaqla burada elektron kataloqun üç növü var.
Xarici əlaqələri
[redaktə | mənbəni redaktə et]Kitabxananın universitetlər, institutlar və digər kitabxanalar ilə geniş əməkdaşlıq fəaliyyəti var.
Şəkilləri
[redaktə | mənbəni redaktə et]-
Kitabxana keçmiş görünüşü
-
Oxu salonu
-
Kataloq bölməsi
-
Şərq əlyazmaları
-
Belqradın qədim xəritəsi
-
İsidora Sekuliç xatirə otağı
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- unilib.rs — Belqrad Universitetinin kitabxanasının rəsmi saytı