Belqrad Universiteti

Belqrad Universiteti (serb. Универзитет у Београду / Univerzitet u Beogradu) — Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru İvanka Popoviçdir.

Belqrad Universiteti
Xəritə
44°49′07″ şm. e. 20°27′27″ ş. u.HGYO
Əsası qoyulub 1808
Tip Dövlət
Rektor İvanka Popoviç
Tələbə sayı 89,827[1]
Şəhər Belqrad
Ölkə
Sayt bg.ac.rs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Universitetin binası 1890-cı illərdə
Universitetin ilk professorları (1905).

Avropanın ən qədim universitetlərindən biri, Serbiyanın isə ən qədim universiteti olan Belqrad Universitetinin əsası 1808-ci ildə Belqrad Ali Məktəbi kimi qoyulmuşdur[3]. 1905-ci ildə[4] kralın Sərəncamı ilə universitet statusu qazanmış[3] və him vaxtdan Belqrad Universiteti adlanır.

2000-ci ildə Serbiyada baş verən "Buldozer inqilabı"ndan sonra Belqrad Universitetinə daha çox müstəqillik verilib, universitet Bolonya prosesinə qoşulub[3].

Universitetin 31 fakültəsi var[5]:

  • Kənd təsərrüfatı fakültəsi
  • Memarlıq fakültəsi
  • Biologiya fakültəsi
  • Kimya fakültəsi
  • Mülki mühəndislik fakültəsi
  • İqtisadiyyat fakültəsi
  • Elektrik mühəndisliyi fakültəsi
  • Meşə təsərrüfatı fakültəsi
  • Coğrafiya fakültəsi
  • Hüquq fakültəsi
  • Riyaziyyat fakültəsi
  • Mexanika mühəndisliyi fakültəsi
  • Tibb fakültəsi
  • Mədənçilik və geologiya fakültəsi
  • Təşkilati elmlər fakültəsi
  • Şərq ortodoks teologiyası fakültəsi
  • Əczaçılıq fakültəsi
  • Filologiya fakültəsi
  • Fəlsəfə fakültəsi
  • Fiziki kimya fakültəsi
  • Fizika fakültəsi
  • Siyasi elmlər fakültəsi
  • Təhlükəsizlik araşdırmaları fakültəsi
  • Xüsusi təhsil və reabilitasiya fakültəsi
  • İdman və bədən tərbiyəsi fakültəsi
  • Stomatologiya fakültəsi
  • Müəllim hazırlığı fakültəsi
  • Texniki elmlər fakültəsi
  • Texnologiya və metallurgiya fakültəsi
  • Nəqliyyat mühəndisliyi fakültəsi
  • Baytarlıq fakültəsi

Elmi-tədqiqat institutları

[redaktə | mənbəni redaktə et]

Universitetdə 12 elmi-tədqiqat institutu fəaliyyət göstərir:

  • Tətbiqi Nüvə Enerjisi İnstitutu
  • Kimya, Texnologiya və Metallurgiya İnstitutu
  • Tarix İnstitutu
  • Tibbi Araşdırma İnstitutu
  • Molekulyar Genetika və Genetik Mühəndislik İnstitutu
  • Çoxsahəli Araşdırma İnstitutu
  • Fəlsəfə və Sosial nəzəriyyə İnstitutu
  • Fizika İnstitutu
  • Mixaylo Pupin İnstitutu
  • Nikola Tesla adına Elektrik Mühəndisliyi İnstitutu
  • Sinişa Stankoviç adına Bioloji Tədqiqatlar İnstitutu
  • Vinça Nüvə İnstitutu

Universitetdə müxtəlif sahələrlə bağlı 9 Mərkəz fəaliyyət göstərir:

  • İnformasiya Mərkəzi
  • Kompüter Mərkəzi
  • Serb-Yapon Elmi Simulyasiya Mərkəzi
  • Karyera İnkişaf Mərkəzi
  • Strateji İdarəetmə Mərkəzi
  • Texnoloji Transfer Mərkəzi
  • Əlil Tələbələr Mərkəzi
  • Keyfiyyətin Təminatı Mərkəzi
  • Həyat Boyu Öyrənmə Mərkəzi
Svetozar Markoviç

Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası XIX əsr serb siyasi fəalı Svetozar Markoviçin adınadır[6].

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir[5].

"Academic Ranking of World Universities"dəki yeri:[7]
2003-2011 2012[8] 2013[9] 2014[10] 2015[11] 2016[12]
- 401-500 301-400 301-400 301-400 201-300
  1. "University of Belgrade". Mastersportal. Archived from the original on 26 October 2022. İstifadə tarixi: 14 June 2012.
  2. 1 2 Directory of Open Access Journals. 2003.
  3. 1 2 3 Abel Məhərrəmov Belqrad Universitetinin nümayəndə heyətini qəbul edib Arxivləşdirilib 2021-04-14 at the Wayback Machine. bsu.edu.az, 08.10.2012  (az.)
  4. "History of the University". University of Belgrade. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-11.
  5. 1 2 Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Serbiyanın Belqrad Universiteti arasında memorandum imzalanmışdır Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. azertag.az, 09.10.2012  (az.)
  6. "unilib.rs". 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  7. "ARWU - University of Belgrade". Shanghai Ranking Consultancy. 2014. 2017-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2017.
  8. "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  9. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  10. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  11. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.
  12. "Academic Ranking of World Universities 2016". 2020-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]