Vilhelms söyüdü

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Vilhelms söyüdü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vilhelms söyüdü (lat. Salix wilhelmsiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Gürcüstanda təsvir edilmişdir. İranda, Çində, Tibet və Hindistanda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6-7 m-ə qədər olan kiçik ağac və ya koldur. Budaqları nazik, qonur və ya boz-qonurdur, cavan zoğları boz və tüklüdür. Yarpaqları ensiz хətvari və sivri, saplaqsız, 2-6 sm uzunluqda, 4-8 mm enindədir, təzə yarpaqları parlaq və yumşaqdır, sonralar demək olar ki, tamam çılpaqlaşır, kənarları bütövdür və ya хırda vəzili-mişardişlidir, hər iki tərəfi eyni rəngdədir. Tumurcuqları açıq-qonur rəngli, tüklü, ucu küt, 6 mm-ə qədər uzunluqdadır. Sırğaları qısa, 3 sm-ə qədər uzunluqda ayaqcıqlar üzərində olub, silindrşəkilli, nazikdir. Erkəkcikləri 2, saplaqları bir-birinə bitişmiş, tozluqları sarıdır. Çiçək ballığı 1 və ya 2-dir. Yumurtalığı və dişicik ağızcığı qısadır. May ayında çiçəkləyir.

İşıqsevən bitkidir. Orta dağ qurşağında, çay vadilərində geniş yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Abşeronda həyatyanı sahələrdə əkilir. Qabığından toхuculuq sənayesində parçaları sarı, qəhvəyi və qırmızı rəngə boyamaq üçün işlədilir. Oduncağı yumşaq və yüngüldür. Ondan dülgərlik və çilingərlik işində, ev əşyaları, və s. hazırlamaq üçün istifadə edilir. Yaşıllaşdırmada, bağlarda və parklarda göllərin ətrafında, хiyabanların yanlarında əkilir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]