Qızılağac siyənəyi
Qızılağac siyənəyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Koqorta: Dəstəüstü: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qızılağac siyənəyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Alosa curensis (lat. Alosa curensis) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Az saylı yerli (endemik) növdür. A.N.Svetavidov bu növü Alosa braschnikowii [2] növünün yarımnövü kimi qeyd etmişdir[3].
Xarakterik morfoloji əlamətləri[redaktə | mənbəni redaktə et]
Bədənin: bel tərəfi göy-yaşıl, yanları və qarnı ağ olur. Ağızda inkişaf etmiş dişlər vardır. Yetkin fərdlərin uzunluğu 11.0 – 24.5 sm, kütləsi 45 - 150 q-a qədər olur.
Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]
Xəzər dənizinin şortəhər yerlərində yaşayır, çoxalmaq üçün kürüsünü Kürağzı ərazilərə və Qızılağac körfəzində tökür. Orta ömrün uzunluğu 5 - 6 il olub, cinsi yetkinliyə 2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli: kürü-sürfə-körpə-yetkin fərd şəklində olur[4].
Cinsi statusu və çoxalma xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
İki cinsli olub çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə tökür. Kürü tökmə zamanı suyun temperaturu 14 - 280C olur. Reproduktivliyin forması – kürü şəklində olur. Birdəfəlik reproduksiyanın sayı- 8 - 130 min kürü olur. Reproduktivliyin periodu- ildə bir dəfə, hər il. Generasiyaların sayı – orta ömrün uzunluğundan asılı olaraq 4 - 5 dəfə olur.
Yayılması[redaktə | mənbəni redaktə et]
Azərbaycanda Cənubi Xəzərin qərb hissəsində Kür ağzına yaxın sahələrdə, Qızılağac körfəzində, Lənkəran yaxınlığında və az miqdarda Qaradağ rayonunda təsadüf edilir.[5]
Sayı və limit faktorları[redaktə | mənbəni redaktə et]
Xəzər dənizinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər. Azərbaycanda 5 növ ilə təmsil olunmuşdur.
Düşmənləri[redaktə | mənbəni redaktə et]
Yırtıcı balıqlar (nərə, bölgə, naxa), suitilər və balıq parazitləri.
İnsan həyatına təsiri[redaktə | mənbəni redaktə et]
Ekoloji əhəmiyyəti müəyyənləşdirilməyib. Sosial-iqtisadi əhəmiyyəti:ov və vətəgə əhəmiyyətlidir. Elmi-mədəni əhəmiyyəti müəyyənləşdirilməyib. Ziyanvericilik xüsusiyyətləri məlum deyil.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Ovunun tənzim olunması barədə qanun qəbul edilməsinə ehtiyac vardır. Xəzərin çirkləndirilməsinə və ovlama işlərinə nəzarəti gücləndirmək lazımdır.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Whitehedd, 1985
- ↑ Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- ↑ Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
- ↑ Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: “Легкая и пищевая промышленность”, 1981, 65 с.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
- Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: “Легкая и пищевая промышленность”, 1981, 65 с.
- Cветовидов А.Н. Сельдевые. (Clupeidae). Фауна СССР, Рыбы, том II, вып. 1, М.-Л.: АН СССР, 1952, 330 с.