Çin filbaharı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çin filbaharı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Çin filbaharı
Beynəlxalq elmi adı

Təbii yayılması:

[redaktə | mənbəni redaktə et]

Şərqi Çində geniş yayılmışdır.

Botaniki təsviri:

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20 m-ə, çətirinin diametri 4 m-ə çatan, dırmaşan, kolvari liandır. Yarpaqları mürəkkəb, təklələkvari olub, qışda tökülən, uzunluğu 30 sm-ə çatır. Yarpaqcıqları 7-13 ədəd, ovalvari uzunsov, təzə yarpaqları qırmızımtıl rəngə çalır. Ucu şiş çıxıntılıdır. Çiçəkləri mavi – bənövşəyi, zəif ətirli, çoxçiçəkli, uzunluğu 25-40 sm, eni 6-10 sm-ə qədər olan salxımlarda yerləşir. Çiçək oxu və çiçək saplaqları zəif tüklüdür. Tacı göyümtül-bənövşəyi, solğun bənövşəyi və ya mavi-göydür. Kasacığı qoşa dodaqlı, zəngvari, 5 dişicikli; dişiciklərin 2-si digər 3 bizvari dişicikdən xırdadır. Yumurtalığı qısa, ayaqcıq üzərindədir. Paxlaları yastı, bir qədər büzümlü açılan, dərivari və sıx tükcüklü, yaşılımtıl sarı, 15-25 sm uzunluğunda, çox toxumludur. Toxumları yastı, böyrəkvari-dəyirmi, açıq şabalıdı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Bəzən iyul və sentyabrda ikinci çiçəkləmə müşahidə edilir. Meyvəsi sentyabr-oktyabr aylarında yetişir.

Bu növ işıqsevən, rütubətə tələbkar olub, münbit və gillicə torpaqlarda yaxşı bitir və bol çiçək verir.

Azərbaycanda yayılması:

[redaktə | mənbəni redaktə et]

Dekorativ bitki kimi Abşeron, Gəncə, Lənkəran, Zaqatala, Quba, Şəki və s. bölgələrdə becərilir.

Çoxçiçəkli, ağçiçəkli formaları məlumdur. Ən gözəl sarmaşan bitkilərdən biridir. Divar, çardaq və eyvanları bəzəmək üçün istifadə edilir.

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh