İnes Melçor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İnes Melçor
Şəxsi məlumatlar
Doğum adı Santa Inés Melchor Huiza
Vətəndaşlığı
Doğum tarixi 30 avqust 1986(1986-08-30)[1] (37 yaş)
Boyu 152 sm[2]
Çəkisi 45 kq[2]
İdman növü yüngül atletika

İnes Melçor (30 avqust 1986[1]) — Perulı marafonçu. İnes Melçor Perunu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası[redaktə | mənbəni redaktə et]

İnes Melçor birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 28 dəqiqə 54 saniyəyə qət edərək 118 marafonçu sırasında 25-ci yeri tutdu.

İnes Melçor növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada məsafəni sona gədər qət edə bilmədi.

İstinadlar[redaktə | mənbəni redaktə et]