Yüngül atletika

Yüngül atletika — dünyanın ən qədim idman növlərindən biri. Beynəlxalq qaydalara əsasən artıq "yüngül" sözündən istifadə edilmir. Atletika olimpiya idman növüdür. Atletika 5 böyük hissəyə ayrılır ki, burada qaçış növləri, tullanmalar, atmalar,çoxnövçülük və idman yerişi daxildir. Ümumilikdə Atletikada 47 növ vardır.

Yüngül atletika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk qaçış yarışının e.ə. 3800-cü ildə Misirdə təşkil edildiyi bilinməkdədir. Amma yüngül atletikanın yaranma tarixi qədim Olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə, yəni e.ə. 776-cı ilə təsaduf edir. Qədim Olimpiya oyunları, yalnız idman yarışmalarının təşkil edildiyi bir fəaliyyət deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi. Atletlər yarışmalardan 10 ay əvvəl hazırlanmağa başlayır, son ayı da Olimpiya oyunlarının təşkil edildiyi yer olan Olimpiya keçirərdilər. Yarış əvvəli hazırlanma dəyişik formalarda indiki vaxtda da sürməkdədir. Müasir yüngül atletika oyunlarının geniş yayılması və inkişafı da Olimpiya oyunlarının yenidən bərpası və inkişafı ilə eyni dövrə, yəni 1896-cı ilə təsadüf edir.

Yüngül atletika üzrə yarışlar üstüaçıq stadionlarda, qış fəslində isə qapalı stadionlarda (manejlərdə) keçirilir. Yüngül atletika üzrə ilk Dünya çempionatı üstüaçıq stadionlarda 1983-cü ildən, qapalı stadionlarda isə 1985-ci ildən keçirilməyə başlamışdı. Yüngül atletika üzrə ilk Avropa çempionatı üstüaçıq stadionlarda 1934-cü ildən, qapalı stadionlarda isə 1966-cı ildən keçirilir.

Yüngül atletika hərəkətləri

[redaktə | mənbəni redaktə et]

Yüngül atletikada texnika-yüngül atletika hərəkətlərini yerinə yetirərkən insanın hərəkəti deməkdir. Atletika hərəkətlərinin texnikası öz əksini idmançının hərəkətlərində tapmışdır. Texnikanın mahiyyəti isə atletin konkret vəzifələri həll etmək üçün öz imkanlarından düşüncəli sürətdə istifadə etməsindən ibarətdir. Atletikada konkret vəzifələr bunlardır: yerişdə və qaçışda müəyyən məsafəni qısa müddətdə qət etmək və qaçmaq; tullanmalarda daha çox uzununa və ya hündürlüyünə tullanmaq;atmalar isə aləti mümkün qədər daha uzağa atmaqdır.

Yüngül atletikanın növləri

[redaktə | mənbəni redaktə et]

Yüngül atletikanın çox növü:-Bu növə yeriş, qaçış, tullanma və atmalar daxildir. Daxil edilən növlərin miqdarından asılı olaraq, yüngül atletikanın çox növü bu hissələrə ayrılır: 3 növ, 5 növ, və 10 növ üzrə mübarizə aparılır. Çox növ üzrə mübarizədə nəticə və rekordlar yarışda iştirak edənlərin hər növdən qazandığı xalların ümumi sayına görə müəyyən edilir və burada xüsusi cədvəldən istifadə olunur. Çox növçülük üzrə mübarizə insanın hərtərəfli fiziki inkişafı üçün gözəl hərəkətlər kompleksidir. Çox növçülük idman üzrə mübarizə ilə məşğul olan idmançı eyni dərəcədə həm yaxşı qaçmalı, tullanmalı, həm də sərrast nizə atmalıdır. Yüngül atletikanın bu növündə yüksək nəticə qazanmaq üçün çoxnövlü mübarizədə iştirak etmək lazımdır.[1]

Yeriş daha mühüm hərəkət sayılır, çünkü, insanın irəliləməsi üçün təbii adi hərəkətdir. İlk baxışda yerişin sadə hərəkət olduğu nəzərə çarpır, lakin bu belə deyildir, yeriş olduqca mürəkkəb hərəkətlərin uyğunluğudur. Yeriş zamanı bədənin təxminən bütün əzələləri dinamikiişə cəlb olunur. Yeriş həm sərbəst həm də köməkçi məşq hərəkəti kimi də istifadə olunur. Yerişin bir necə növü vardır, adi yeriş, yürüşü. Hazırda yarış proqramına yalnız idman yerişi daxil edilib.İdman yerişinin hərəkət sürəti adi yerişdəniki dəfə çoxdur. İdman yerişi üzrə yarışlar həm stadionlarda həmdə şossedə 3 km-dən 50 km-ə qədər keçirilir.

Bu yüngül atletikada əsas yer tutur. Qaçışın bir çox müxtəlif növü vardır. Bundan başqa qaçış tərkib hissəsi kimi başqa hərəkətlərlə-tullanmalara və atmalarada daxildir. Qaçış zamanı əzələlərdə dinamiklik yerişdəkinə nisbətən xeyli yüksəkdir. Yüngül atletikanın başqa növlərinə nisbətən qaçış daha əlverişli fiziki hərəkətdir. Məhs bunun sayəsində də yüngül atletikada qaçış növü ən geniş yayılmışdır. Qaçış üzrə keçirilən yarışlar tamaşaçılarda həmişə böyük marağa səbəb olur. Qaçış aşağıdakı təsnifata ayrılır.

1. Səlis qaçış-bu qaçışın da müxtəlif növü var:

  • qısa məsafələrə
  • orta məsafələrə
  • uzaq məsafələrə
  • həddindən artıq uzaq məsafələrə
  • vaxt üzrə qaçış
  • 42 km 195 m məsafəyə marafon qaçışı.

2. Maneələri dəf etməklə qaçış-bu qaçış növü təbii maneələrlə də süni maneələrlə də ola bilər.

  • təbii maneələrlə-şose ilə dərə təpə yerləri ilə kross qaçışı daxildir.
  • süni maneələrlə-80, 100, 110, 200, 400 metr məsafələrə sədləri dəf etməklə qaçış, 3000 metr məsafəni maneələri dəf etməklə qaçış daxildir.

Tullanmalar, maneələri və müəyyən bir sahəni dəf etmək üçün hərəkətdir. Maneələrdən aslı olaraq tullanmalar hündürlüyə və uzuna, icra olunma usuluna görə isə yerindən və ya qaçaraq ola bilər. Tullanmalar hərtərəfli fiziki inkişafın fəal vasitələrindən biridir. Bununla əlaqədar olaraq əsas yüngül atletika tullanmaları “ƏMH” kompleksinə daxil edilmişdir.

Atmaların yüngül atletikanın başqa növləri ilə uygun şəkildə tətbiq olunması qiymətli keyfiyyətləri və vərdişləri inkişaf etdirmək üçün böyük əhəmiyyəti vardır. Atmalar müxtəlif üsulları alətin formasına və çəkisinə görə müəyyən edilir. Yüngül alətləri baş arxasından tullanmaq olar,daha ağır alətləri döndərlə tullamaq olar, yadronu isə itələmək əlverişlidir.

Çoxnövçülülük

[redaktə | mənbəni redaktə et]

Çoxnövçülülük-bir qayda olaraq çoxnövçülüyə qaçış, tullanmalar və atmalar daxildir.[1]

  1. 1 2 Baloğlan.Quliyev. Atletika və onun tədrisi metodikası. ADPU. 2009.