İynəyarpaqlılar (sinif)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İynəyarpaqlılar
Elmi təsnifat
Beynəlxalq elmi adı

İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitkilərin[3] ən geniş yayılmış sinfi.

Sinonimləri

  • Coniferophyta
  • Coniferae

Toxumlu bitkilərin daş kömür dövründə meydana gəlmiş qədim qrupudur. Bəzi fəsilələrinin qalıqları yalnız qazıntı halında məlumdur. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən respublikamızda 9 (2 şam, 6 ardıc, 1 qaraçöhrə) növü yayılmışdır. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir hallarda kollardır. Əksəriyyətində mikoriza müşahidə edilir. Yarpaqları oturaq iynəvarı, pulcuqvarı, bəzən lövhəli-lansetvari və s. olur. Strobilləri (generativ orqan) ayrı-cinsiyyətlidir. Küləklə tozlanır. Tozlandıqdan sonra endospermlə təchiz olunmuş rüşeym inkişaf edir. Toxumların quruluş və forması müxtəlifdir. İynəyarpaqlılar Yer kürəsinin, xüsusən AvrasiyaŞimali Amerikanın bitki örtüyünün əsasını təşkil edir. İynəyarpaqlıların təsərrüfatda böyük əhəmiyyəti var. Oduncağından tikinti materialı kimi istifadə edilir, kağız-sellüloz, kanifol, skipidar, aşı maddələri və s. bəzi İynəyarpaqlıların toxumundan yağ alınır. Qiymətli dekorativ bitkilərdir.

İstinadlar

Həmçinin bax