Şibyəyeyən ayıcalar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şibyəyeyən ayıcalar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Şibyəyeyən ayıcalar
Beynəlxalq elmi adı

Şibyəyeyən ayıcalar (lat. Litosiinae) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan yarımfəsilə.

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Bu yarımfəsiləyə mənsub olan növlərin kəpənəklərinin ön qanadları bir qədər uzunsov olub, kənarları dairəvidir. Bəzi növlərdə pulcuqları və onların rəngləri zəif inkişaf etmişdir. Bəzən ön qanadlar qara rəngli nöqtələrlə örtülü olur. Arxa qanadlar ön qanadlara nisbətən qısa olub, üzərində naxışlar yoxdur. Qanadların rəngi çox vaxt açıq-sarı, yaxud bozumtul gümüşü rəngə çalır. Başı, döşü və qarıncığı sıx tüklüdür, bığcıqları sapşəkillidir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Tırtılları bir qayda olaraq tüklü olub, ağacların, daşların, qayaların, divarların və digər əşyaların üzərində olan şibyə və mamırlarla qidalanırlar. Buna görə də onlara şibyəyeyən ayıcalar deyilir. Adətən yumşaq, ipəyəoxşar barama içərisində puplaşırlar.

Yayılması[redaktə | mənbəni redaktə et]

Bu yarımfəsilənin Palearktikada 59 növü məlumdur. Azərbaycanda isə 19 növ və 4 forma qeydə alınmışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • S. Ə. Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]