Torpaq şibyəyeyəni

Torpaq şibyəyeyəni (lat. Eilema palliatellum) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.

Torpaq şibyəyeyəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Torpaq şibyəyeyəni
Beynəlxalq elmi adı
  • Eilema palliatella

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kəpənəyi çox kiçikdir. Qanadları açılmış halda 8-10 mm-dir. Ön qanadları açıq-sarıdır. Bu növ əvvəlki növdən açıq rəngli alnı ilə fərqlənir. Tırtılı boz-qonur rəngdə olub, kürək üzərindəki xətt tünddür, yan xətlər çirklənmiş sarıdır. Başı qaradır.

Tırtılı torpaq şibyələri ilə qidalanır və bu mərhələdə qışlayır. M.A.Darçeva, V.V.Dubatolovun məlumatlarına görə tırtılına mərkəzi Kopetdağda kütləvi surətdə rast gəlinir. Burada yovşan, yabanı taxılkimilərlə qidalanır.

Azərbaycanda palleola Hb forması da yayılmışdır. Bir neçə kəpənəyi Abşerondan, Ağdaşdan (Dəhnəxəlil), Lənkərandan və Ordubaddan toplanmışdır. Kolleksiya materiallarında bu növ R.Əfəndi tərəfindən 1960-cı ildə Ağdaş və Şamaxı rayonlarından toplanmışdır.

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (Dissertasiya).Bakı, 2005.