Şoranvari yovşan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şoranvari yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şoranvari yovşan (lat. Artemisia salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Arealı

Rusiyada Belqorodun cənub-şərqində, Voronej vilayətinin cənubunda, Rostov, Volqoqrad, Saratov, Kuybışev, Orenburqda, Başkiriya MR-nın cənub-şərqində, Ukraynanın şərqində, Qazaxıstanın qərbində, Azərbaycanda yayılmışdır.

Botaniki təsviri

Hamaşçiçəyi dar, sıxılmış süpürgə və ya salxımdır. Səbəti 2,5-3,5 mm uzunluğunda, salxımşəkilli çiçək qrupundadırlar: aşağı yarpaqları 2-3,5 sm uzunluğunda, sadə lələkvari parçalanmışdır. Çılpaq və ya bəzən seyrək ulduzvari tüklüdür. Oktyabr ayında çiçəkləyir, dekabr ayında toxum verir.

Ekologiyası

Təbaşir dövrü qalıqlarının səciyyəvi bitkisidir. Əhəngdaşı və digər daşlı yamaclarda rast gəlinir. Bu növün olması torpağın yuyulmasının ilkin mərhələlərinə və ya cavan təbaşir qalıqlarına aid olduğunu göstərir.

Azərbaycanda yayılması

Abşeron yarımadasında yayılmışdır.

İstifadəsi

Mal-qaranın otarılmasında və təbaşir hazırlanmasında istifadə edilir.

İstinadlar

Həmçinin bax