Şoviss ilan soğanı
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hündürlüyü 10-15 (20) sm olan, bitkidir.Soğanağı yumurtaşəkilli olub, tünd-boz rəngli qını vardır.[1]
Yarpaq[redaktə | mənbəni redaktə et]
Yarpaqları ensiz xətvaridir, asılı haldadır, üst tərəfdən novşəkillidir və gövdədən uzundur.
Çiçək[redaktə | mənbəni redaktə et]
Salxımı sıxdır, uzunsovyumurtaşəkillidir,uzunluğu 4 sm-ə qədərdir.Çiçək saplağı çiçəklərdən qısadır. Çiçək yanlığı yumurtaşəkilli-bardağaoxşar olub,uzunluğu 5 mm-ə qədərdir, açıq-göy, mavi,nadir hallarda ağımtıl rəngdədir;çiçəkyanlığının dişcikləri dəyirmi-üçbucaqlıdır,bükülmüşdür və ağ rəngdədir. Bar verməyən çiçəkləri çoxsaylı deyidir, bar verənlərə nisbətən daha açıq çalarlıdır.
Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]
(Aprel) May-İyun
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
BQ (Quba),BQ şərq, KQ şimal, KQ mərkəzi, KQ cənub,Nax. dağ., Nax. düz. Aşağı dağ qurşağından, orta dağ qurşağına qədər.
Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]
Otlu yamaclarda,kolluqlarda, meşə kənarında, qayalı-çınqıllı və əhəngli yerlərdə, dağ-bozqır yamaclarda rast gəlinir. Həmçinin bağlarda alaq kimi rast gəlinir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016