Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hündürlüyü 10–15 (20) sm olan, bitkidir. Soğanağı yumurtaşəkilli olub, tünd-boz rəngli qını vardır.[1]
Yarpaqları ensiz xətvaridir, asılı haldadır, üst tərəfdən novşəkillidir və gövdədən uzundur.
Salxımı sıxdır, uzunsovyumurtaşəkillidir, uzunluğu 4 sm-ə qədərdir. Çiçək saplağı çiçəklərdən qısadır. Çiçək yanlığı yumurtaşəkilli-bardağaoxşar olub, uzunluğu 5 mm-ə qədərdir, açıq-göy, mavi, nadir hallarda ağımtıl rəngdədir;çiçəkyanlığının dişcikləri dəyirmi-üçbucaqlıdır, bükülmüşdür və ağ rəngdədir. Bar verməyən çiçəkləri çoxsaylı deyidir, bar verənlərə nisbətən daha açıq çalarlıdır.
(Aprel) May-İyun
BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Nax. düz. Aşağı dağ qurşağından, orta dağ qurşağına qədər.
Otlu yamaclarda, kolluqlarda, meşə kənarında, qayalı-çınqıllı və əhəngli yerlərdə, dağ-bozqır yamaclarda rast gəlinir. Həmçinin bağlarda alaq kimi rast gəlinir.