Əqidə Manizadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əqidə Manizadə
Doğum yeri Bakı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Riyaziyyat
Təhsili Bakı Dövlət Universiteti
Virciniya Unversiteti
Mükafatları “Milyonçuları dairəsi”
“Əməkdar Yaradıcı-Tədqiqatçı”
“Dalton Görkəmli Alim”

Əqidə ManizadəABŞ-nin Vircinya ştatında yaşayan azərbaycanlı alim, Radford Universitetinin riyaziyyatstatistika fakültəsinin professoru, Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti, "Görkəmli professor" fəxri adının təltifçisi.[1][2]

Təhsili[redaktə | mənbəni redaktə et]

Əqidə Manizadə 1992-ci ildə Bakı şəhəri 164 nömrəli orta məktəbi qızıl medalla, 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə isə Vilyam və Meri kollecində magistratura təhsilini tamamlayıb, 2006-cı ildə isə Virciniya Unversitetində doktor və alimlik dərəcəsini müdafiə edib.[1][2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əqidə Manizadə 2009-cu ildən indiyə kimi ABŞ-nin Radford Universitetində bakalavrmagistr pilləsində dərs deyir, elmi fəaliyyətlə məşğuldur.[1][2]

Virciniya Təhsil Nazirliyinin dəstəyi ilə Riyaziyyat Müəllimlərinin Təkmilləşdirmə Mərkəzinin yaradıcısı kimi NASA alimləri və universitet professorları ilə Radford Universitetində NASA-2 İnstitutu yaradaraq, bir çox böyük layihələrin reallaşdırılmasında birbaşa iştirak edib. "Virginia Mathematics Teacher" jurnalının baş redaktoru vəzifəsini icra edir. Rəhbərliyi altında dərc olunan jurnal 2018-ci ildə Riyaziyyat Müəllimləri Milli Şurası tərəfindən ölkənin ən yaxşı jurnalı mükafatına layiq görülüb.[1][2]

2021-ci ildə Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilərək, ştat üzrə bütün dövlət və özəl universitetlərinin professor heyəti üçün ali mükafatı qazanıb. 35 elmi məqalənin müəllifidir.[1][2]

Əqidə Manizadə 75-dən çox elmi konfransda riyaziyyat elminə dair məruzələrlə çıxışlar edib və bir sıra böyük layihələrin icraçısıdır.[1][2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Görkəmli professor" fəxri adı təltif edilib
  • Radford Universitetində professor təqaüdü (2013)
  • Radford Universitetinin "Milyonçuları dairəsi" mükafatı (2014)
  • "Əməkdar Yaradıcı-Tədqiqatçı" mükafatı (2017)
  • "Dalton Görkəmli Alim" mükafatı (2019)[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Aktual İNFO. "Azərbaycanlı alim Virciniya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilib". www.aktualinfo.org (az.)). 27.08.2021. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.08.2021.
  2. 1 2 3 4 5 6 7 science.gov.az. "Azərbaycanlı alim Virciniya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilib". www.science.gov.az/ (az.)). 27.08.2021. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.08.2021.