Ağsal nekropolu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Ağsal nekropoluCulfa rayonu ərazisində, Əlincə çayın sağ sahilində, Milax kəndindən şimal-şərqdə Tunc dövrünə aid arxeoloji abidə.

Arxeoloqlar Ə.K. Ələkbərovun və O. H. Həbibullayevin məlumatlarına görə, burada vaxtilə böyük nekropol olmuş və oradan boyalı qablar tapılmışdır. Əlincəçayın vadisi şumlanıb əkin sahəsi kimi istifadə edildiyindən nekropolun yerüstü əlamətləri tamamilə itmişdir. Torpaq işləri görülərkən qəbir abidələri dağıdılmış, buradan gil qablar aşkar edilmişdir.

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 16.