Alaşaxan
Naviqasiyaya keç
Axtarışa keç
Qədim şəhər | |
Alaşaxan | |
---|---|
qaz. Алашахан | |
Ölkə | |
Vilayət | Karaqanda |
Dağılma tarixi | XVII əsr |
Müasir yeri | Ulıtau kəndindən 18 kilometr (11 mil) aralıda, Karatal çayının sol sahilində |
Alaşaxan (qaz. Алашахан) — XV–XVII əsrlərdə yaşayış məntəqəsi. İndiki Qazaxıstanın Ulıtau kəndindən 18 kilometr (11 mil) aralıda, Karatal çayının sol sahilində yerləşir.
Alkey Xaqanoviç Marqulanın rəhbərlik etdiyi arxeoloji ekspedisiya nəticəsində tapılmışdır. Burada iri çiy kərpicdən və çınqılla qarışdırılmış gildən hörülmüş qala və müdafiə divarının qalıqları tədqiq edilmişdir. Əsas qala dördbucaqlı formadadır (90x92 metr), ətrafı divarla (eni 4,5 metr) və eni 3,5–4 metr olan xəndəklə əhatə olunmuşdur, künclərdə bürclərin izləri qalmışdır. Darvazası cənubda yerləşir. Qalanın şərqində dördbucaqlı formalı (65x70 metr) daha kiçik bir qala da var.[1]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Алашахан // Qazaxıstan Milli Ensiklopediyası. — Almatı: Qazax ensiklopediyası, 2004. — Т. I. — ISBN 9965-9389-9-7. (CC BY-SA 3.0)