Allie X

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Allie X
Ümumi məlumatlar
Doğum adı Alexandra Ashley Hughes
Ləqəbi Allie X
Doğum tarixi 31 iyul 1985(1985-07-31) (38 yaş)
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2014-cü ildən
Janr sinti-pop
Albom şirkəti Universal Music Group[d]
İmzanın şəkli
alliex.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Allie X (əsl adı: Aleksandra Eşli Huys; 31 iyul 1985) — kanadalı müğənni, bəstəkar, vizual rəssam. Karyerasına 2000-ci illərin ortalarında Torontoda indi-pop sənətçisi kimi başlayıb, yerli qruplarla ifa edib və bir neçə albom buraxıb.[1][2]

Allie X 2013-cü ildə Los-Ancelesə köçdükdən sonra prodüserlər Cirkut və Billboard ilə işləməyə başlayıb. O, Allie X adı altında yayımlanan ilk sinqlı "Catch" ilə uğur qazanıb. Bu musiqi tənqidçiləri tərəfindən yaxşı qarşılanıb.[2][3][4] Bu mahnı həmçinin pop müğənnisi Keti Perri sosial mediada onu "bahar mürəbbəsi" adlandırmasından sonra populyarlaşdı.[4][5]

Allie X 2015-ci ildə debüt mini-albomu olan "CollXtion I"-i buraxıb. 2017-ci ildə "CollXtion II" adlı debüt studiya albomunu təqdim edib. 2018-ci ildə dördüncü mini-albomu olan "Super Sunset"-i yayımlayıb. Onun ikinci studiya albomu, "Cape God", 21 fevral 2020-ci ildə işıq üzü görüb. Allie X-in üçücü studiya albomu olan "Girl with No Face" 2024-cü ildə çıxarılıb.

Həyatı[redaktə | mənbəni redaktə et]

Aleksandra Eşli Huys 31 iyul 1985-ci ildə Ontarionun Oakvill şəhərində anadan olub. Ailəsi Britaniya əsillidir.[6] O, Etobicoke İncəsənət Məktəbində oxuyub, sonra Miçiqandakı İnterlochen İncəsənət Akademiyasında klassik fortepiano və səs üzrə təhsil alıb və Sheridan Kollecinin Musiqili Teatr Performansı proqramını bitirib, həmçinin musiqili teatr üzrə təhsil alıb.[7][8][9][2]

Albomlar[redaktə | mənbəni redaktə et]

  • CollXtion II (2017)
  • Cape God (2020)
  • Girl with No Face (2024)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Allie X (Canadian Film Centre)". 22 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  2. 1 2 3 "Allie X – Biography & History – AllMusic". AllMusic. 22 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  3. Cox, Jamieson. "Allie X's "Catch" Is a Perfect Pop Gem". Time. 22 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  4. 1 2 Lipshutz, Jason. "Who Is Allie X? 'Catch' Singer Talks Katy Perry Shout-Out, Her Pop Takeover Plan". Billboard. 10 March 2014. 10 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2015.
  5. Katy Perry [katyperry]. "Currently I'm obsessed with this song CATCH by Allie X" (Tweet). 6 March 2014.
  6. "Allie X Will Make Your Head Spin in This Kaleidoscopic Shoot Exclusively for Fault Online". Fault. 29 July 2016. 22 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  7. "Dream Machine – Allie X". 27 May 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
  8. "CFC announces participants for slaight music residency". cfccreates.com. Canadian Film Centre. 18 March 2013. 13 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 April 2015.
  9. "LyricCanada 2010 National Conference" (PDF). 22 November 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 April 2015.