Allie X (əsl adı: Aleksandra Eşli Huys; 31 iyul 1985[1]) — kanadalı müğənni, bəstəkar, vizual rəssam. Karyerasına 2000-ci illərin ortalarında Torontoda indi-pop sənətçisi kimi başlayıb, yerli qruplarla ifa edib və bir neçə albom buraxıb.[2][3]
Allie X | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Alexandra Ashley Hughes |
Ləqəbi | Allie X |
Doğum tarixi | 31 iyul 1985[1] (39 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2014-cü ildən |
Janr | sinti-pop |
Albom şirkəti | Universal Music Group |
alliex.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Allie X 2013-cü ildə Los-Ancelesə köçdükdən sonra prodüserlər Cirkut və Billboard ilə işləməyə başlayıb. O, Allie X adı altında yayımlanan ilk sinqlı "Catch" ilə uğur qazanıb. Bu musiqi tənqidçiləri tərəfindən yaxşı qarşılanıb.[3][4][5] Bu mahnı həmçinin pop müğənnisi Keti Perri sosial mediada onu "bahar mürəbbəsi" adlandırmasından sonra populyarlaşdı.[5][6]
Allie X 2015-ci ildə debüt mini-albomu olan "CollXtion I"-i buraxıb. 2017-ci ildə "CollXtion II" adlı debüt studiya albomunu təqdim edib. 2018-ci ildə dördüncü mini-albomu olan "Super Sunset"-i yayımlayıb. Onun ikinci studiya albomu, "Cape God", 21 fevral 2020-ci ildə işıq üzü görüb. Allie X-in üçücü studiya albomu olan "Girl with No Face" 2024-cü ildə çıxarılıb.
Aleksandra Eşli Huys 31 iyul 1985-ci ildə Ontarionun Oakvill şəhərində anadan olub. Ailəsi Britaniya əsillidir.[7] O, Etobicoke İncəsənət Məktəbində oxuyub, sonra Miçiqandakı İnterlochen İncəsənət Akademiyasında klassik fortepiano və səs üzrə təhsil alıb və Sheridan Kollecinin Musiqili Teatr Performansı proqramını bitirib, həmçinin musiqili teatr üzrə təhsil alıb.[8][9][10][3]