Anacamptis laxiflora
Anacamptis laxiflora | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Anacamptis laxiflora |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Anacamptis laxiflora (lat. Anacamptis laxiflora) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Çoxillik, 60-80 sm hündürlükdə olan bitkidir. Kökyumrusu ellipsvari, 2,5 sm-ə qədər uzunluqdadır. Yarpaqları dar xətvarilansetvari, uzunsivridir. Çiçəkqrupu 10- 40 sm uzunluqda, boş yerləşən çiçəklidir. Çiçəkaltlığı lansetvari, iti, sarğıdan uzundur. Çiçəkləri tünd və ya açıq fırfır rənglidir. Dodaqcığı pazvari daralmış, ağtəhər rəngli, 10-15 mm uzunluqda, orta bölümü inkişaf etməmiş ağtəhər rəngli, fırfır ləkəli kənar bölümləri demək olar ki, rombvaridir. Mahmızı silindrvari, əyilmiş, sarğıya bərabərdir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
BQ qərbi hissəsinin rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Bataqlıqlarda, meşə kənarlarında bitir.
Sinonimləri[redaktə | mənbəni redaktə et]
- Orchis laxiflora Lam. 1779 (Basionym)
- Orchis palustris laxiflora (Lam.) Batt. 1895