Arzu Fərzəliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arzu Fərzəliyev
Arzu İsmayıl oğlu Fərzəliyev
Ümumi məlumatlar
Doğum tarixi (66 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı 3
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 1983 - h.h.
Janrlar Estrada, Folk
Təhsili Naxçıvan Dövlət Universiteti
Mükafatları "Naxçıvan Muxtar Respublikasının əməkdar artisti" fəxri adı — 2017

Arzu Fərzəliyev (28 mart 1958, Naxçıvan) — Azərbaycanlı müğənni, əməkdar artist[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərzəliyev Arzu İsmayıl oğlu 28 mart 1958-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-cı ildə Naxçıvan Dövlət Pedaqoji institutunu bitirmişdir. Ailəlidir, 3 oğlu 5 nəvəsi var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1977-ci ildə Qafqaz İnstitutları arasında keçirilən Suxumi 77 festivalının qalibi, 1978-ci ildə Bakıda keçirilən "Qızıl Payız" musiqi festivalının qalibi olmuşdur. Naxçıvanda keçirilən mahnı televiziya müsabiqəsinin 7 dəfə qalibi olmuşdur. 1983-cü ildən Naxçıvan şəhərində mədəniyyət evində fəaliyyətə başlamışdır, 1985-ci ildə SSRİ mədəniyyəti xidmətinə görə əlaç döş nişanı ilə təltif olunmuşdur. 1984-cü ildə mədəniyyət evinin bədii rəhbəri, 1988-ci ildən 2017-ci ilədək Naxçıvan mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.[2] 2018-ci ildən Naxçıvan Dövlət Filarmoniyasında bədii quruluş hissə müdürü vəzifəsində çalışır.[3] Naxçıvanda və Bakıda keçirilən konsert proqramlarında çıxış etmişdir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2019-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  2. "Arxivlənmiş surət". 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  3. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  4. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.