Naxçıvan Dövlət Filarmoniyası — Naxçıvan şəhərində fəaliyyət göstərir.
1983-cü ildə yaradılmış, Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyətə başlamışdır. Burada xalq çalğı alətləri ansamblı, rəqs kollektivi, instrumental ansambl, simfonik heyət fəaliyyət göstərir. Filarmoniyanın yaradıcı kollektivləri, solistləri Rusiya, Özbəkistan, Türkiyə, İran, İsveçrə, Finlandiya, Almaniya və s. ölkələrdə qastrol səfərlərində olmuş, konsert proqramları ilə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 yanvar 2012-ci il tarixli, 63-04/S nömrəli Sərəncamı ilə yaradılmışdır[1].