Azərbaycan xəritəsi

Vikipediya, azad ensiklopediya
Cekli829 (müzakirə | töhfələr) tərəfindən edilmiş 05:52, 15 may 2019 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycan Respublikasının XəritəsiAzərbaycan Respublikasının ərazisinin kiçildilmiş təsviri.

Pul üzərində

200 manatlıq əsginasın arxa tərəfi

Azərbaycan manatının 2005-ci ildən tədavülə buraxılan bütün əsginaslarının arxa tərəfində Azərbaycan Respublikasının Xəritəsi təsvir edilmişdir.

Poçt markası üzərində

2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Xəritəsinə həsr olunmuşdur[1].

İstinadlar

  1. 11.10.2011. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş marka. azermarka.az  (az.)

Xarici keçidlər

Həmçinin bax