Böyükağa Pişnamazzadə
Böyük Ağa Pişnamazzadə | |
---|---|
Böyük Ağa Fərəcullah oğlu Pişnamazzadə | |
Doğum tarixi | 18 may 1918-ci il |
Doğum yeri | Şəki şəhəri |
Vəfat tarixi | 17 iyun 1977-ci il |
Vəfat yeri | Bakı şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Axund Fərəcullah Pişnamazzadə |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu |
Mükafatları | "Almaniya üzərində qələbə", "Əmək şücaəti", "Fədakar əməyə görə","Əmək veteranı" medalları |
Böyük Ağa Fərəcullah oğlu Pişnamazzadə (18.05.1918-17.06.1977) - kimyaçı alim.
Həyatı[redaktə | mənbəni redaktə et]
B.F.Pişnamazzadə 1918-ci il mayın 18-də Şəki şəhərinin Gəncəlilər məhəlləsində Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Şeyxüslamının müavini Hacı Şeyx Fərəcullah Zeynaləbdin oğlu Pişnamazzadənin ailəsində anadan olmuşdur. 1926-cı ildə Şəki şəhəri orta məktəbinə daxil olmuş, 1928-ci ildə ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini Bakıda 18 saylı orta məktəbdə davam etdirmişdir. 1936-cı ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsinə qəbul olmuşdur və 1941-ci ildə oranı bitirmişdir. Həmin ilin iyul ayında II Dünya müharibəsinin başlanması ilə ordu sıralarına səfərbər edilmiş və döyüşən ordunun arxa cəbhəsini müdafiə edən Daxili İşlər Xalq Komissarlığının 2-ci sərhəd polkunda kimya xidməti rəisi olmuşdur. 2-ci sərhəd polkunun tərkibində Şimali qərb, 2-ci Pribaltika, 1-ci Ukrayna cəbhələrində Polşa ərazisində döyüş yolu keçərək qələbəni Almaniyada başa vurmuşdur.
Elmi dərəcələri və elmi adları[redaktə | mənbəni redaktə et]
Böyük Ağa Pişnamazzadə 1949-cu ildə "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi, 1964-cü ildə isə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1952-ci ildə "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi, həmin ixtisas üzrə professor elmi adına layiq görülmüşdür.
Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]
1945-ci ilin noyabrında ordudan tərxis olunduqdan sonra Azərbaycan EA-nın Kİ-da kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1947-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1949-cu ildə "Alfa-xlorefirlərin etrilen karbohidrogenlərin etilen karbohidrogenləri ilə alkilləşməsi" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1952-ci ildə isə böyük elmi işçi adına layiq görülmüşdür. 1964-cü ildə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Sadə və mürəkkəb xlorefirlərin sintezi və çevrilməsi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.B.F.Pişnamazzadə 1952-ci ildən ömrünün son günlərinə kimi Azərbaycan EA-nın Neft İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt filialında Epoksid qatranlarının modifikatorlarının sintezi laboratoriyalarına rəhbərlik etmişdir. Onun elmi tədqiqatları üzvi və neft kimyasının müxtəlif sahələrini əhatə edir. Qamma-xlorefirlərinin sintezi və onların şevrilmələri sahəsində apardığı elmi-tədqiqatlar onun əsas elmi istiqamətini təşkil edir.onun tərəfindən neftdən alınan benzin fraksiyasından üzvi sintez üçün çox mühüm rol oynayan metiltsiklopentanın, tsikloheksanın, metiltsikloheksanın ayrılması prosesi xüsusi əhəmiyyət kəsb edir.
Elmi əsərləri[redaktə | mənbəni redaktə et]
Onun apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri 250 elmi əsərdə, o cümlədən 3 kitab və 50 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.
Elmi rəhbərliyi[redaktə | mənbəni redaktə et]
10 elmlər namizədi hazırlamışdır.
İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]
B.Pişnamazzadə işlədiyi institutlarda yerli komitənin sədri, partiya təşkilatının katibi olmuşdur.
Mükafatları[redaktə | mənbəni redaktə et]
O, müharibə illərində döyüş yolunda və elmdə qazandığı nailiyyətlərə görə dövlət tərəfindən "Almaniya üzərində qələbə", "Əmək şücaəti", "Fədakar əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur.
Mənbə[redaktə | mənbəni redaktə et]
- A.Məhərrəmov "Azərbaycan kimyaçıları", Bakı-2017.
- Pişnamazzadə Böyükağa Fərəcullah oğlu // . — I cild. — Səh.: 456. Рагимли Азер Ахмед оглы (Rəhimli Azər Əhməd oğlu) // . — I cild. — Səh.: 458.
- https://archive.org/stream/saz-1_202109/Azf-228077_djvu.txt