Bu məqaləni vikiləşdirmək lazımdır. |
Böyükağa Fərəcullah oğlu Pişnamazzadə (18 may 1918, Nuxa, Yelizavetpol quberniyası – 17 iyun 1977, Bakı) — Azərbaycan sovet kimyaçı alimi.
Böyükağa Pişnamazzadə | |
---|---|
Böyükağa Fərəcullah oğlu Pişnamazzadə | |
Doğum tarixi | 18 may 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyun 1977 (59 yaşında) |
Vəfat yeri | |
Atası | Fərəcullah Pişnamazzadə |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | |
Təhsili | |
Mükafatları |
B.F.Pişnamazzadə 1918-ci il mayın 18-də Şəki şəhərinin Gəncəlilər məhəlləsində Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Şeyxüslamının müavini Hacı Şeyx Fərəcullah Zeynaləbdin oğlu Pişnamazzadənin ailəsində anadan olmuşdur. 1926-cı ildə Şəki şəhəri orta məktəbinə daxil olmuş, 1928-ci ildə ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini Bakıda 18 saylı orta məktəbdə davam etdirmişdir. 1936-cı ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakultəsinə qəbul olmuşdur və 1941-ci ildə oranı bitirmişdir. Həmin ilin iyul ayında II Dünya müharibəsinin başlanması ilə ordu sıralarına səfərbər edilmiş və döyüşən ordunun arxa cəbhəsini müdafiə edən Daxili İşlər Xalq Komissarlığının 2-ci sərhəd polkunda kimya xidməti rəisi olmuşdur. 2-ci sərhəd polkunun tərkibində Şimali qərb, 2-ci Pribaltika, 1-ci Ukrayna cəbhələrində Polşa ərazisində döyüş yolu keçərək qələbəni Almaniyada başa vurmuşdur.
Böyükağa Pişnamazzadə 1949-cu ildə "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi, 1964-cü ildə isə həmin ixtisas üzrə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1952-ci ildə "Üzvi kimya" ixtisası üzrə baş elmi işçi, həmin ixtisas üzrə professor elmi adına layiq görülmüşdür.
1945-ci ilin noyabrında ordudan tərxis olunduqdan sonra Azərbaycan EA-nın Kİ-da kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1947-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1949-cu ildə "Alfa-xlorefirlərin etrilen karbohidrogenlərin etilen karbohidrogenləri ilə alkilləşməsi" mövzusunda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək "Üzvi kimya" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1952-ci ildə isə böyük elmi işçi adına layiq görülmüşdür. 1964-cü ildə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Sadə və mürəkkəb xlorefirlərin sintezi və çevrilməsi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.B.F.Pişnamazzadə 1952-ci ildən ömrünün son günlərinə kimi Azərbaycan EA-nın Neft İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt filialında Epoksid qatranlarının modifikatorlarının sintezi laboratoriyalarına rəhbərlik etmişdir. Onun elmi tədqiqatları üzvi və neft kimyasının müxtəlif sahələrini əhatə edir. Qamma-xlorefirlərinin sintezi və onların şevrilmələri sahəsində apardığı elmi-tədqiqatlar onun əsas elmi istiqamətini təşkil edir.onun tərəfindən neftdən alınan benzin fraksiyasından üzvi sintez üçün çox mühüm rol oynayan metiltsiklopentanın, tsikloheksanın, metiltsikloheksanın ayrılması prosesi xüsusi əhəmiyyət kəsb edir.
Onun apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri 250 elmi əsərdə, o cümlədən 3 kitab və 50 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.
10 elmlər namizədi hazırlamışdır.
B.Pişnamazzadə işlədiyi institutlarda yerli komitənin sədri, partiya təşkilatının katibi olmuşdur.
O, müharibə illərində döyüş yolunda və elmdə qazandığı nailiyyətlərə görə dövlət tərəfindən "Almaniya üzərində qələbə", "Əmək şücaəti", "Fədakar əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur.