BMC

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
BMC
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Sənaye avtomobil sənayesi
Məhsulu Yük maşını
Təsis tarixi 1964
Baş qərargahın yeri
bmc.com.tr/en
bmc.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BMC Sanayi ve Ticaret A.Ş. (BMC Sənaye və Ticarət A.Ş.) 1964-cü ildə İzmirdə qurulub. İlk illərdə Ostin və Morris adlı ticari nəqliyyat vasitələri istehsal etdi. 1966-cı ildən yük avtomobilləri, mikroavtobuslar, traktorlarmühərriklər istehsal etməyə başladı. BMC başlayanda 74% yerli sərmayə nisbəti olan 1989-cu ildə Türkiyənin 100% yerli investisiyalı tək ticari vasitə istehsalçısı mövqeyinə yüksəldi. BMC 1976-cı ildə Türkiyədə ilk dəfə dizel motorlu avtomobil istehsalını həyata keçirdi. BMC 2.8 tondan 40 tona qədər Yük və sərnişin daşımalarında xüsusi avtomobil istehsalı ilə məşğul olan Türkiyənin tək, dünyanın isə 4 istehsalçısından biridir. Həmçinin BMC avtomobil fabrikinin tərkibində müştərilən istəyinə uyğun 6 ay kimi qısa bir müddətdə avtomobil dizayn edə bilən bir şirkətdir.2004-cü ildə 40 milyon dollarlıq investisiya ilə bütün mühəndislik fəaaliyyəti BMC-yə aid olan BMC Megastr-ı istehsal etdi.

Şirkət Teknofest İstanbulun iştirakçılarından biridir. Orada təqdim olunan BMC Tulga pikapını Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan da sınadı. BMC həmçinin Türkiyənin TOGG yerli avtomobil proyektinə qatılan 5 şirkətdən biridir.

İstehsal olunan bəzi modellər[redaktə | mənbəni redaktə et]

Yüngül yük maşını
  • BMC Profesyonel
İstehsalı dayandırılmış bəzi nəqliyyat vasitələri
  • Midilux
  • BMC Megastar
  • Probus TBX
  • Belde SB
  • Belde 280 CB
  • Probus SCB
  • Belde CB
  • Hawk
  • Procity
  • Belde Körüklü
  • Procity CNG
  • Procity Körüklü
  • Procity Körüklü CNG

İstehsalı davam edən bəzi nəqliyyat vasitələri

  • Neocity (8.5 M)
  • Neocity (10 M)
  • Procity TR (10.6 M)

Mənbə[redaktə | mənbəni redaktə et]