Cəfərqulu xan Əmirsüleymani

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Cəfərqulu xan Əmirsüleymani xan Əmirsüleymani
جعفر قلی خان اعتمادی قاجار
Cəfərqulu xan Əmirsüleymani İsa xan oğlu Əmirsüleymani
Digər adı Cəfərqulu xan Etimadi-Qacar
Doğum tarixi
Doğum yeri Tehran, İran
Həyat yoldaşı Kövkəbəssəltənə xanım Sultan Məsud mirzə Zillisultan qızı
Uşaqları Əzizulla xan, Əmirqasım xan, Məhəmmədnasir xan

Əmirsüleymani Hacı Cəfərqulu xan İsa xan oğlu (1864-?) — Nasirəddin şahın yaxını, saray naziri.

İsa xanın beşinci oğlu Cəfərqulu xan 1864-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Nasirəddin şah Qacarın saray naziri, eşikağası idi. 1884-cü ildə Cəlalülmülk, Müzəffərəddin şah Qacar tərəfindən Moinəssultan ləqəblərini almışdı.

Cəfərqulu xan 1873-cü ildə şahlın məiyyətində Avropaya getmişdi.

Cəfərqulu xan 1893-cü ildə sarayda fərraşbaşı olmuşdu. Nasirəddin şahın ölümünə qədər bu vəzifədə çalışmışdı.

Cəfərqulu xan Kövkəbəssəltənə xanım Sultan Məsud mirzə Zillisultanın qızı ilə ailə qurmuşdu. Əzizulla xan, Əmirqasım xan, Məhəmmədnasir xan adlı oğulları vardı.