Əmirsüleymani Hacı Cəfərqulu xan İsa xan oğlu (1864-?) — Nasirəddin şahın yaxını, saray naziri.
Cəfərqulu xan Əmirsüleymani xan Əmirsüleymani جعفر قلی خان اعتمادی قاجار | |
---|---|
Cəfərqulu xan Əmirsüleymani İsa xan oğlu Əmirsüleymani | |
Digər adı | Cəfərqulu xan Etimadi-Qacar |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Həyat yoldaşı | Kövkəbəssəltənə xanım Sultan Məsud mirzə Zillisultan qızı |
Uşaqları | Əzizulla xan, Əmirqasım xan, Məhəmmədnasir xan |
İsa xanın beşinci oğlu Cəfərqulu xan 1864-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Nasirəddin şah Qacarın saray naziri, eşikağası idi. 1884-cü ildə Cəlalülmülk, Müzəffərəddin şah Qacar tərəfindən Moinəssultan ləqəblərini almışdı.
Cəfərqulu xan 1873-cü ildə şahlın məiyyətində Avropaya getmişdi.
Cəfərqulu xan 1893-cü ildə sarayda fərraşbaşı olmuşdu. Nasirəddin şahın ölümünə qədər bu vəzifədə çalışmışdı.
Cəfərqulu xan Kövkəbəssəltənə xanım Sultan Məsud mirzə Zillisultanın qızı ilə ailə qurmuşdu. Əzizulla xan, Əmirqasım xan, Məhəmmədnasir xan adlı oğulları vardı.