Creme Puff (pişik)
Creme Puff (Krim Paff) | |
---|---|
Cinsiyyəti | Dişi |
Doğum yeri | |
Ölüm tarixi | 6 avqust 2005 (38 yaşında) |
Vəfat yeri | |
Ölkə | ABŞ |
Sahibi | Jake Parry (Ceyk Perri) |
Mükafatları | Ginnesin Rekordlar Kitabı |
Creme Puff (azərb. Krim Paff, ing. Creme Puff; 3 Avqust 1967, Austin, Texas, ABŞ - 6 Avqust 2005, orada.) — 38 il 3 gün yaşayan bir pişik. Ginnesin Rekordlar Kitabına 2010-cu ilə qədər qeydə alınan ən uzun ömürlü pişik kimi daxil edilmişdir [1] .
Dünyanın ən uzun ömür sürən pişiyinin İngiltərənin Cənubi Uelsdəki Lanelli şəhərində yaşayan Luci adlı bir pişik olduğu iddia edilirdi. O, 2015-ci ildə 43 yaşında öldü, ancaq bu rekord təsdiqlənməmiş və Ginnesin Rekordlar Kitabında qeyd olunmamışdır [2].
Ceyk Perri və pişikləri[redaktə | mənbəni redaktə et]
Krim Paff, sahibi Ceyk Perri ilə birlikdə ABŞ-nin Texas, Ostin (Austin) [1] şəhərində yaşayırdı. Perri ayrıca Granpa Reks Allen adlı bir Sfinks pişiyinə də sahib idi. Granpa'nın 1964-cü ildə Parisdə doğulduğuna və 1998-ci ildə 34 yaş 2 aylığında öldüyünə inanılır. Pişik ölümündən sonra 1999-cu ildə "Cats and Kittens" jurnalı tərəfindən "İlin pişiyi" adına layiq görülmüşdür. Granpa əvvəllər rekordu Krim Paff tərəfindən qırılana qədər ən uzun ömür sürən pişik kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür . Bir çox mütəxəssisin fikrincə, Perri pişiklərinin uzun ömür sürməsinin sirri, digər şeylər arasında bekon, yumurta, qulançar və brokkoli daxil olan xüsusi pəhrizləridir [3] .
Krim Paff ədəbiyyatda[redaktə | mənbəni redaktə et]
Yazıçı Barbara Brady, qəhrəmanlarından biri Krim Paff [4] olan «Once Upon A Hunch» adlı roman yazıb.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
Qeyd[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 Guinness World Records 2010. Bantam; Reprint edition. 2010. 320. ISBN 978-0553593372.. — «The oldest cat ever was Creme Puff, who was born on August 3, 1967 and lived until August 6, 2005--38 years and 3 days in total.».
- ↑ "Старейшей в мире кошке исполнилось 39 лет". 2021-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
- ↑ Hugs for Cat Lovers. Howard Books. 2008. 88. ISBN 978-1416557050.
- ↑ Barbara Brady. Once Upon a Hunch: Success Begins When One Follows a Hunch Based on Love. iUniverse, Inc.. 2006. 97. ISBN 978-0595410378.