Dəqiq idarə olunan sursat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır[1]. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi[2].

Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hallion, Richard. "Precision guided munitions and the new era of warfare". Air Power Studies Centre, Royal Australian Air Force. 1995. 2000-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-02.
  2. "Bursts of Brilliance - The Washington Post". The Washington Post. 2020-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.