Şahmat terminlərinin lüğəti

Vikipediya, azad ensiklopediya
(Daimi şah (şahmat) səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Şahmat terminlərinin lüğətiŞahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

B

C

  • Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir[1].
  • Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır[2].

Ç

  • Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir[2].
  • Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu[3].

D

  • Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir[2].
  • Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı[3].
  • Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir[2].
  • Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1. Ac3, 1.g4, 1. Ah3 və s.) ümumi adı[4].

E

  • Endşpil — Şahmat oyununun sonluq hissəsi belə adlanır. Başlıca xüsusiyyəti odur ki, taxta üzərində fiqurlar az olur[3].

F

  • Fiqurların qarşılıqlı əlaqəsi — Şahmat mübarizəsinin mühüm strateji prinsipi olaraq vahid plana tabe olan fiqurların dəyişdirilməsidir[1].

G

  • Götürmə — Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur[3].

H

Həmlə — Konkret məqsədə nail olmaq üçün bir və ya bir neçə gediş həmlə adlanır[3].

İ

  • İki at müdafiəsi — İtalyan şahmatçısı və nəzəriyyəçisi D. Polerianın əlyazmalarında təsadüf olunur[5].
  • İkiqat şah — Eyni vaxtda iki fiqurun şaha təhlükə törətməsi[2].

K

  • Köhnə hind başlanğıcı — Bu debütü ilk dəfə olaraq XIX əsrdə tətbiq edən Hindistan şahmatçılarının şərəfinə adlandırılmışdır[1].

Q

Qədim hind müdafiəsi — Bu debüt qədimdən məlumdur və K. Yanişin əsərlərində xatırlanır[1].

M

  • Macarıstan görüşü — 1842–1845-ci illərdə macar şahmatçılarının yazışma ilə Paris komandası ilə oynadığı görüşün şərəfinə adlandırılmışdır[6].

O

  • Oppozisiya — Bu, şahların elə bir yerləşməsidir ki, şaquli, üfüqi, yaxud diaqonal xəttlər üzrə onların arasındakı xanaların sayı tək olsun[3].

P

R

  • Reti debütü — Nəzəri cəhətdən yaradan və onu sistematik olaraq praktikasında tətbiq edən çex qrosmeysterinin şərəfinə adlandırılmışdır[6].

T

  • Təcrid olunmuş piyada — Mürəkkəb şaquli xəttlərdə öz piyadası olmayan piyada[2].

V

  • Vyana görüşü — XIX əsrdə Qampenin başçılığı altında bir qrup Vyana şahmatçısı tərəfindən işlənmişdir[6].

İstinadlar

  1. 1 2 3 4 Zeynallı, Əliyev, 1986. səh. 12
  2. 1 2 3 4 5 6 Zeynallı, Əliyev, 1986. səh. 14
  3. 1 2 3 4 5 6 Zeynallı, Əliyev, 1986. səh. 13
  4. Zeynallı, Əliyev, 1986. səh. 11-12
  5. 1 2 Zeynallı, Əliyev, 1986. səh. 11
  6. 1 2 3 4 Zeynallı, Əliyev, 1986. səh. 10

Ədəbiyyat

  • Zeynallı, Azər; Əliyev, Pərviz. Sadıqova, H. (redaktor). Şahmat aləminə səyahət. Bakı: İşıq. 1986. 112.