Dilək Gürsoy

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dilək Gürsoy
Dilək Gürsoy
Doğum tarixi 1976[1]
Milliyyəti türk
Təhsili
Tanınır Avropada süni ürək implantasiya edən ilk qadın həkim
Mükafatları "German Medical Award 2019"
"İlin həkimi" (Almaniya)

Dilək Gürsoy (türk. Dilək Gürsoy; 1976[1]) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah.[2][3]

Erkən həyatı[redaktə | mənbəni redaktə et]

Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur.[4][5][6] İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir.[5] Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi.[6] Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür.[6] Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur.[6] İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.[6] Ailəsinin,ürək-damar cərrahiyyəsinə yönələn yeganə fərdi idi.[2][7] Gələcək peşə karyerası olan cərrahlıq onun uşaqlıqdan bəri olan arzusu idi.[6]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Gürsoy məmləkəti Noysda yaşamağı çox sevir. Həftə sonları başqa şəhərdə işləməli olsa da, doğma şəhərinə mütləq qayıdır.[6]

Borussiya Münhenqladbax FK futbol klubunun fanatıdır,klubun üzvüdür və sezonluq biletinə sahibdir.[6]

Tibbi karyerası[redaktə | mənbəni redaktə et]

Düsseldorf Universitetini bitirdikdən sonra həkim köməkçisi, mütəxəssis və tibbdə müdir köməkçisi vəzifələrində çalışıb.[6] Bundan əlavə, Essen, Bad EnhausendəDuysburqda Reyner Körfer ilə tellər və xarici enerji mənbələri olmayan yeni süni ürək növü inkişaf etdirmək üçün çalışmışdır.[6][8] 2017-ci ildə Bremendə çalışdı.[6] 2019-cu ilin mart ayından Ziqburqdakı Helios klinikasında ürək cərrahiyyəsi şöbəsində məsləhətçi cərrah və LVAD proqramının direktoru vəzifəsində çalışır.[2]

Tanınması[redaktə | mənbəni redaktə et]

Almaniya kansleri Angela Merkel Gürsoyun işi ilə maraqlandıqdan sonra onu 21 sentyabr 2017-ci ildə onunla görüşür.[6] Avropada süni ürək implantasiya edən ilk qadın həkim ünvanını qazandığı üçün Alman Tibb Klubu tərəfindən "Medizinerin des Jahres 2019" ("İlin həkimi 2019") mükafatına layiq görülür.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 https://www.operation-karriere.de/karriereweg/von-beruf-arzt/eine-frau-als-ikone-der-herzchirurgie.html.
  2. 1 2 3 Kontio, Carina. "Herzchirurgin Dilek Gürsoy im Mindshift-Podcast: "Gott hat mir die Hände dafür gegeben, Leben zu retten"". Handelsblatt (alman). 19 June 2019. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
  3. Meç, Ilyas. "Situation der Deutschtürken: Die Zerrissenen". Tagesschau (alman). 10 September 2018. 2019-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
  4. 1 2 "Die "Medizinerin des Jahres" im Portrait: Keine Metzgerin, sondern eine Künstlerin". Deutsch-Türkisches Journal (alman). 17 September 2019. 14 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2019.
  5. 1 2 "Dilek Gürsoy kimdir?". Hürriyet (türk). 16 September 2019. 22 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2019.
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Wie Dilek Gürsoy Herz-Chirurgin wurde". Rheinische Post (alman). 21 September 2017. 6 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2019.
  7. Heinrich, Christian. "Herzchirurgin Dilek Gürsoy: "Ich empfinde Ehrfurcht"". Die Zeit (alman). 2018-06-05. ISSN 0044-2070. 2020-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
  8. "Dilek Gürsoy, Herzchirurgin: Entwickelt und implantiert Kunstherzen". SWR (alman). 28 May 2018. 21 June 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 May 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]