Dilarə Fərəcullayeva

Vikipediya, azad ensiklopediya
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 18:55, 12 yanvar 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Dilarə Fərəcullayeva
Dilarə Rəhim qızı Fərəcullayeva
Doğum tarixi (67 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyət illəri 1979-cu ildən bu günə kimi
Təhsili Azərbaycan Dövlət İncəsənət İnstitutu

Dilarə Fərəcullayeva (tam adı: Dilarə Rəhim qızı Fərəcullayeva; 29 may 1957) — Azərbaycan kino və teatr aktrisası.

Həyatı[redaktə | mənbəni redaktə et]

1957-cu il sentyabrın 29-da Bakı şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1979-1987-ci illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram, 1992-1997-ci illərdə Bakı Bələdiyyə Teatrlarında aktrisa vəzifəsində işləyib. 1997-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır.

Teatr səhnəsindəki rolları[redaktə | mənbəni redaktə et]

  • Vlasta - («Məktub», Panço Pançov)
  • Zərnigar - («Arvadımın əri», Xuqayev)
  • Müxbir - («Bütün şərq bilsin», Oqtay Məmmədov)
  • Vera- («Polad əridənlər», Bokaryev)
  • Vanda - («İtkin ər», Əli Əmirli)
  • Qəmər - («Xoşbəxt gün», Əli Əmirli)
  • Müxbir- («Varlı qadın», Əli Əmirli)
  • Bikə - («Vida marşı», F.Mustafayev)
  • Mariya - («Qara qutu», F.Mustafayev)
  • Cadugər - («Makbet», V.Şekspir)
  • Qadın - («Tədbirə qarşı tədbir», B.Şekspir)
  • Savka Xala - («Nazirin xanımı», Nuşic)
  • Şlyapa - («Aktyor və krall», Qorin)
  • İnzibatçı - («Əbləhlərin toyu», R.Əlizadə)
  • Həqiqət – («Məkirlərin vəkilləri», R.Əlizadə)
  • Culiya – («Siçan və pişik», R.Əlizadə)
  • Qaz – («Tülkü həccə gedir», R.Əlizadə)
  • Gülbəri– («Təzə gəlin», Ü.Hacıbəyov)
  • Məşədxanım – («Pasport», R.Abdullayev
  • Zülhədcə – («Tənha qovaq ağacı», C.Nurəddin)
  • Cadugar-«Uzunburun cırtdan», Qrin qardaşları)
  • Aparıcı – («Yaxşı padşahın nağılı», Anar)
  • Yasəmən – («İnan mənə», A.İdrisoğlu)
  • Nailə – («Axırı sakitlik», E.Hüseynbəyli)
  • Cavan qız – («Labirint», E.Hüseynbəyli)
  • Valeriya – («Ördək ovu», A.Vampilov)
  • Ana – («Anamın gəlinlik paltarı», Ə.Bərəkət)
  • Lyuba – («Vicdanın hökmü», H.Mirələmov)
  • Kəndli – («Hekayəti-xırs-quldurbasan», M.F.Axundov)
  • Missis Beduin – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
  • Zəhra – («Mənim ağ göyərçinim» T.Vəliyeva)
  • Xeyransa – («Buzovna kəndinin əhvalatları» Elçin)
  • Nuhun qövmü – («Əlincə qalası» Dilsuz)

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Sirr (teleserial, 2012)
  2. Ögey ata (film, 2013)
  3. Həyat varsa... (serial, 2012-2014)
  4. 5+ (film, 2014-2015) (bədii serial) (rol: nənə)
  5. Sənə İnanıram
  6. Səndən sonra