Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ögey ata – Azərbaycan filmi.
Ögey Ata | |
---|---|
| |
Janr | Qara komedia,psixoloji dram |
Rejissor | Şahin Qəhrəman |
Prodüserlər | Tahir İmanov, Cabir İmanov, Emin Məmmədov |
Ssenari müəllifi | Fərda Xudaverdiyev |
Baş rollarda |
Fərda Xudaverdiyev-Kəramət |
Operator | Şahmar Səfəroğlu |
İstehsalçı | Planet Parni iz Baku |
İlk baxış tarixi | 18 mart 2013 |
Müddət | 129 dəq. |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili (qismən həm də türkcə) |
İl | 2013 |
Texniki məlumatlar |
videofilm genişekranlı |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Filmin qəhrəmanı Kəramətin bir çoxlarından fərqi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, "çox böyük hörmətə sahibdir".
Düzdür, borcu hörmətindən daha çoxdur, amma onun xeyli borcu var. Hər zaman "halallıqla" dolanmaq istəsə belə, sonda "haqsızlıqla" qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey bundan başlayır.[1]
Martın 14-də "Park Cinema"-da "Ögey ata" filmi jurnalistlərə təqdim olunub. "Planet Parni iz Baku" studiyasının çəkdiyi bu ekran əsərinin ssenarisi və baş rolu aktyor Fərda Xudaverdiyevə məxsusdur.
Prodüser Tahir İmanov bildirdi ki, kollektiv bir hissə ilə kifayətlənməyərək silsilə halında bir neçə bu tipli film çəkəcək.
Filmin çəkilişləri üçün tələb olunan vəsaitin bir qismini kredit götürərək ödədiyini söyləyən Tahir İmanov sərf olunan məbləğin artıqlaması ilə geri dönəcəyinə əmin olduğunu vurğulayıb.
Qara komedia janrında olan bu filmdə bir çox sətiraltı mesajlar var və filmi ikinci dəfə izlədikdən sonra nəzərə çarpır.