Fənni-Sərfi-Türki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) - Mirzə Məhəmməd Əfşarın o zamanlar Türk dili adlandırılan Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir.

Quruluş[redaktə | mənbəni redaktə et]

Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsərinə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Türk (Azərbaycan) dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Türk (Azərbaycan) dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir.

İkinci bölümdə həmçinin ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyindən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırılmış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi.